Bu ziyarətgaha gedənlərə şad xəbər
Digərləri 07 İyn 2025 12:46:00 456 0
"Əshabi-Kəhf" Ziyarətgah Kompleksində yeni tikinti işləri aparılacaq.
Bu xəbəri də oxu: Vəfa Allahverdiyevanın məhkəmə zalında həbsi tələb edildi
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi hazırlıqlara başlayıb.
Belə ki, Agentlik tikintisi planlaşdırılan Qonaq Evinin layihələndirilməsini və smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.
Qurum təkcə layihə və smeta sənədlərinin hazırlanmasına 275 min manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Məlumat üçün onu da bildirək ki, abidə kompleksində insanların rahat şəkildə ziyarətinin təşkili üçün lazımi şərait yaradılıb. Ötən il ziyarətgaha gedən yol təmir və bərpa olunub.
Qeyd edək ki, "Əshabi-Kəhf" ziyarətgahı Naxçıvan şəhərindən, təqribən 12 km aralıda - Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf" məhz Naxçıvandadır.
"Əshabi-Kəhf" ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir.
"Əshabi-Kəhf" təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.
Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.
İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişind
Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı g
10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan da olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Ötən həftə açıqlanan məlumata görə, Azərbaycanın işğaldan azad edil
"Son bir neçə ildə iqlim dəyişikliyi məsələsi gündəmə gətirilib
Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmə
Ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II
Avropa İttifaqı son illərdə təkcə iqtisadi, siyasi və hərbi böhranlarla
Bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylard
Türkiyədə Qurban Bayramının ilk günündə 14 mindən çox şəxs qurban k
Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansı
Son illər Çin istehsalı avtomobillərin Azərbaycan bazarına daxil olmasınd
Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadis
