Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Digərləri 10 Mar 2025 12:07:00 420 0
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
Bu xəbəri də oxu: 16 yaşlı qızın nişanının qarşısı alındı
Son.az xəbər verir ki, martın 12-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı ikinci qərarını açıqlayacaq.
AMB-nin İdarə Heyəti ötən ilin may ayından etibarən uçot dərəcəsini sabit saxlayır. Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% təşkil edir.
Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq: "Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək".
Qeyd edək ki, AMB-nin uçot dərəcəsi qərarı ilə bağlı proqnozlar müxtəlif yöndədir. "Trading Economics" (TE) beynəlxalq iqtisadi statistika portalı hesab edir ki, AMB bu ilin birinci rübü üzrə qərarlarında uçot dərəcəsini sabit saxlayacaq. Niderlandın maliyyə korporasiyası "ING Group" isə əksinə, Mərkəzi Bank uçot dərəcəsini 7,25%-dən 7,50%-ə yüksəldəcəyini proqnozlaşdırıb.
Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ ba
Bəzi qidalar qanda şəkərin sürətlə azalmasına səbəb olduğu üçün
"Hazırda bu sənətdə ağ qaraya, qara da ağa qarışıb. Nə zamana kim
Yanvar ayında Samsung rəsmi olaraq üçqat qatlanan displeyli telefon hazırla
Azərbaycanın bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyin
Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərd
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələs
Dövlət İmtahan Mərkəzi tərəfindən 16 mart 2025-ci il tarixində ali təh
Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzin
Norveç dənizinin akvatoriyasında 6.6 maqnitudalı yeraltı təkan qeydə alı
CineMastercard-da "Dayı: Bir Adamın Hikayesi 2" filminin Qala gecəs
Türkiyənin məşhur cütlüyü Beren Saat və Kənan Doğulu haqqında yeni id
Ermənistan 5 aya yaxındır ki, Xankəndidə ölmüş erməni əsilli qadının
Xarici İşlər Nazirliyindən 2018-ci ilin may ayında Dövlət Komissiyasına
