“Boeing”in vəziyyəti çətinləşir Qəzaların səbəbi nədir?
Dünya 13 İyn 2025 21:12:00 81 0
Xəbər verdiyimiz kimi, ötən gün "Air İndia" aviaşirkətinə məxsus "Boeing 787" sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 242 sərnişindən 241-i həyatını itirb.
Bu xəbəri də oxu: Xameneidən ordu ilə bağlı təcili fərman
Bu qəzadan sonra "Boeing"in hissələrində 10 milyard dollarlıq düşüş olub. Şirkət isə nüfuzunu itirməkdə davam edir. Mütəxəssislər də artıq bu növ təyyarələrin hissələrində ciddi problemlər olduğunu açıqlayır.
"Boeing"in sabiq idarəçilərindən olan Ed Pierson bu barədə açıqlama verib: "Bu təyyarələrdə çox ciddi problemlər var. Sözdə deyil, əməldə təhlükəsizlik təmin edilməlidir".
"Boeing" təyyarəsi bundan öncə son ağır qəzanı Cənubi Koreyada yaşamışdı. 2024-cü il dekabrın 29-da "Jeju Air" şirkətinə məxsus "Boeing 737-800" təyyarəsi eniş zolağından çıxaraq hasara çırpılmışdı. Nəticədə 179 nəfər həyatını itirmişdi.
Bundan bir ay öncə isə yenə "Boeing 737" karqo təyyarəsi Litvada qəzaya uğramışdı. Hava gəmisinin evin üzərinə düşməsi nəticəsində bir nəfər ölmüşdü, 3 nəfər isə yaralanmışdı.
Elə həmin ilin yanvar ayında "Alaska Airelines" "Boeing 7437 MAX" təyyarəsində qapılardan biri partlamışdı.
2024-cü ilin martında Çilinin LATAM hava yollarına məxsus "Boeing 787" təyyarəsi havada ani idarəetmədən çıxaraq 50 nəfərin xəsarət almasına səbəb oldu.
ABŞ-nin Federal Aviasiya Administrasiyasının araşdırmasından sonra təyyarənin panelini sabitləyən boltların əksik olduğu ortaya çıxmışdı.
Federal Aviasiya Administrasiyası 2024-cü ilin mayında "Boeing" haqqında araşdırmalara başladığını açıqlamışdı. Araşdırmaların əsas məqsədi "Boeing 787" Dreamlinerlərdə təhlükəsizliyin hansı səviyyədə olmasıdır.
Bu təkcə ötən il baş verən hadisələrdir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İsrail ordusu İranın Fordo bölgəsindəki nüvə obyekti yaxınlığına zə

İsrail İranın Həmədan şəhərindəki Nozhe aviabazasını yenidən vurub.

Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi

İsrail Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatlara &qu

Yay aylarının istiləri insanların yuxu keyfiyyətinə mənfi təsir göstər

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tə

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik v

Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə

"Xatirə olacaq səhnələr" adlı sərgi təşkil olunur. Azərbayca

İsrailin nüvə obyektlərini vurması və yüksək rütbəli generallar ilə a

"Bu gün gecə saat 3-dən etibarən İsrailin İrana endirdiyi hava zərb

Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata
