"Maşa və ayı"ya görə “Space TV”yə xəbərdarlıq edildi
Digərləri 13 İyn 2025 19:30:00 395 0
Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə "Space TV"yə xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Ən ağıllı iki BÜRC seçildilər Yeni araşdırma
Bu barədə Şuranın bugünkü onlayn iclasında qərar qəbul edilib.
İclasda "Space TV" kanalının efirində 7, 8 və 9 iyunda yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.
"Maşa və ayı" cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" qanunun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.
"Xatirə olacaq səhnələr" adlı sərgi təşkil olunur. Azərbayca
İsrailin nüvə obyektlərini vurması və yüksək rütbəli generallar ilə a
"Bu gün gecə saat 3-dən etibarən İsrailin İrana endirdiyi hava zərb
Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata
Yay aylarında yüksək temperatur bəzi qidaların zəhərlənmə risqini artı
İsrailin İrana qarşı hərbi kampaniyası 14 gün davam edəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14-16 iyun 2025-
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan ko
Qazaxıstandan olan Çingiz Alqazin yaşadığı qeyri-adi hadisə nəticəsind
Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata
Bakıda "parkovşik"lər arasında baş verən insidentlə bağlı mə
ABŞ-in Vaşinqton şəhərində Miqrasiya və Gömrük Xidmətinin binası yax
Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarş
Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlən
