Dəriniz yağlıdırsa, bu qidalardan
Digərləri 14 İyn 2025 18:36:00 71 0
Dietoloqlar hesab edir ki, yağlı dəri tipinə sahib olan insanlar tez-tez qara nöqtələr və sızanaqlarla qarşılaşırlar. Onların sözlərinə görə, dərinin vəziyyətini yaxşılaşdırmaq üçün beş növ qidadan uzaq durmaq lazımdır. Bunlara yağlı qidalar, hazır souslar, şirniyyatlar, rafinə olunmuş şəkər, süd məhsulları və alkoqol daxildir.
Bu xəbəri də oxu: Tehran sakinləri küçələrə axışdı
Son.az bu qidaları təqdim edir:
1. Yağlı və qızardılmış qidalar
Dietoloqlar çox yağlı qidaların - qızardılmış, hisə verilmiş, rafinə olunmuş məhsulların və yarımfabrikatların istifadəsini tövsiyə etmir. Bu qidalara aşağıdakılar daxildir:
• Qızardılmış kartof,
• Donuz əti,
• Burgerlər,
• Hazır pizzalar,
• Yağlı ət növləri,
• Kolbasa və sosislər,
• Mağazadan alınan pelmenlər
Bu qidalar həddindən artıq sebum (dəri yağı) istehsalına səbəb ola bilər. Bu da gözeneklərin tıxanmasına və infeksiya halında sızanaqların yaranmasına gətirib çıxara bilər.
2. Hazır souslar
Hazır souslar rafinə olunmuş bitki yağları, şəkər, dad artırıcılar və rəngləndiricilər ehtiva edir. Onlar çox yüksək kalorilidir və dərinin yağ balansını pozaraq iltihabi prosesləri artırır.
3. Şirniyyat və rafinə edilmiş şəkərlər
Dietoloqlar bulka, tort, pirojna və digər şirniyyatları məhdudlaşdırmağı tövsiyə edirlər. Çünki şəkər dəri hüceyrələrindən nəmi çəkir, maddələr mübadiləsini zəiflədir və iltihab proseslərini sürətləndirir.
4. Süd məhsulları
Xüsusilə az yağlı süd məhsulları ehtiyatla istehlak edilməlidir.
• Süd akne və sızanaqların yaranmasına səbəb ola bilər.
• Az yağlı süd isə bu problemi daha da artıraraq dəridə güclü səpgilərə səbəb ola bilər.
Ona görə də, problemli dəriyə sahib olan insanlar bu qidaların alternativlərini seçməlidir.
5. Alkoqol
Dietoloqlar bildirir ki, alkoqol bədənə, xüsusilə də dəridə ciddi zərər verə bilər.
• Alkoqolun toksiki təsiri var və dərinin susuzlaşmasına səbəb olur.
• Bu da dərinin qurumasına və mikroçatların yaranmasına gətirib çıxarır.
• Bakteriyaların mövcud olduğu hallarda bu mikroçatlar iltihabi proseslərə səbəb ola bilər.
Dərini təmiz tutmaq üçün necə qidalanmaq lazımdır?
Dərinin sağlam görünməsi üçün qidalanmaya diqqət yetirmək vacibdir.
Kifayət qədər protein (zülal) - məsələn, toyuq, hinduşka və ya dovşan əti.
Tərəvəz və liflə zəngin meyvələr - həzmi yaxşılaşdırır və bədəni toksinlərdən təmizləyir.
Kifayət qədər su - hər kiloya 30 ml su içmək tövsiyə olunur.
Diqqət:
Şirin meyvələrdən çox istifadə etməyin - məsələn, xurma, əncir, üzüm, qovun və banan. Bunlar dəridə yağlanmanı artıraraq problemlərə səbəb ola bilər. Dəri problemlərindən qaçınmaq üçün bu tövsiyələrə əməl etmək vacibdir. /Lent.az
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyan

Zərbələr nəticəsində 20-dən çox İran komandiri öldürülüb.

"Bacıma o qədər bağlı idim ki, o ailə quranda sarılıq tutdum. 5 ya

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

ABŞ Prezidenti Donald Tramp iyunun 12-də İsrail baş naziri Benyamin Netanyah

İranın atdığı raketlər İordaniya səmasından keçərək İsrailə keçib

Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə boşanma pr

BƏƏ-nin Dubay Marina rayonunda (Dubay şəhərinin rayonudur - red.) 67 mərt

Tel-Əviv və Tehran arasında artmaqda olan gərginlik fonunda İsrailin müdaf

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələr

Azərbaycan Milli İncəsənətMuzeyində "Opera Günləri" adlı yeni

Müğənni Nüşabə Musayevanın fərqli geyim tərzi ilə diqqət çəkib.

İsrail və İran arasında artan gərginlik artıq silahlı qarşıdurma mərh
