İdman və omeqa3 diş kökü iltihabını azalda bilər TƏDQİQAT


Digərləri 16 İyn 2025 01:01:00 72 0

İdman və omeqa3 diş kökü iltihabını azalda bilər  TƏDQİQAT

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur.

AZƏRTAC "MedicalXpress" portalına istinadla xəbər verir ki, Braziliyanın Sao Paulo Dövlət Universitetində (FOA-UNESP) aparılan bu araşdırma immun sistemin gücləndirilməsi və iltihab reaksiyasının tənzimlənməsi baxımından bu iki faktorun sinerji təsirini vurğulayır.

Apikal periodontit, yəni diş kökünün uc hissəsində və ətraf toxumalarda baş verən iltihabi proses çox vaxt kariyesin irəliləməsi nəticəsində meydana çıxır. Müalicə olunmadıqda infeksiya kök kanalına yayılaraq sümük toxumasının dağılmasına və nəticədə diş itkisinə səbəb ola bilər. Xəstəlik, eyni zamanda, şəkərli diabet, metabolik sindrom, ateroskleroz və böyrək xəstəlikləri kimi sistemik patologiyalarla qarşılıqlı əlaqə içində inkişaf edə bilər.

Araşdırma çərçivəsində apikal periodontit induksiya edilən 30 siçovul üç qrupa ayrılıb. Birinci qrup nəzarət kimi istifadə olunaraq heç bir müdaxilə almayıb. İkinci qrup 30 gün ərzində gündəlik üzgüçülük proqramına cəlb edilib. Üçüncü qrupa isə həm üzgüçülük, həm də omeqa-3 yağ turşusu əlavəsi tətbiq olunub.

İmmunohistokimyəvi analizlər nəticəsində üzgüçülük və omeqa-3 əlavəsi qəbul edən siçovullarda iltihab göstəriciləri interleykin 17 (IL-17) və şiş nekroz faktoru alfa (TNF-α) - əhəmiyyətli dərəcədə aşağı səviyyədə müşahidə olunub. Bundan əlavə, sümük toxumasını dağıdan osteoklastların sayı da bu qrupda az olub. Mikrokompüter tomoqrafiyası nəticələri isə dişləri əhatə edən alveolyar sümük həcminin bu qrupda daha yaxşı qorunduğunu göstərib.

Tədqiqatın aparıcı müəllifi Ana Paula Fernandes Ribeiro qeyd edir ki, fiziki məşq təkbaşına belə immun cavabda müsbət dəyişikliklər yaradır. Lakin omeqa-3 ilə birləşdirildikdə, bu təsir daha da güclənir. Tədqiqatın elmi rəhbəri professor Rogerio de Castilho isə bu yanaşmanın gələcəkdə klinik praktikaya inteqrasiya olunmasının mümkünlüyünü istisna etmir.

Müəlliflər qeyd edir ki, insanlarda da eyni təsirin əldə edilib-edilməyəcəyini müəyyənləşdirmək üçün genişmiqyaslı klinik araşdırmalara ehtiyac var. Bununla belə, artıq məlum olan fizioloji faydaları nəzərə alındıqda fiziki aktivlik və omeqa-3 qəbulu ağız sağlamlığının qorunmasında da mühüm rol oynaya bilər.

Bu tədqiqat idman və omeqa-3 əlavəsinin təkcə sistemik sağlamlığa deyil, həm də oral infeksiyaların qarşısının alınmasına dair yeni sübutlar təqdim edir və bu yanaşmanın gələcəkdə diş müalicəsində tamamlayıcı terapiya kimi istifadə oluna biləcəyini göstərir.

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert olub like
  • 16 İyn 00:48  
Digərləri Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert olub

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyy

arrow Ətraflı
Nüşabə nəvəsini dollar yağışına tutdu like
  • 16 İyn 00:17  
Şou-biznes Nüşabə nəvəsini dollar yağışına tutdu

Müğənni Nüşabə Musayevanın nəvəsi ilə videosu müzakirə yaradıb.

arrow Ətraflı
Günün qoroskopu: Xarici əlaqələrdən gəlir ehtimalı artıb like
  • 16 İyn 00:01  
Digərləri Günün qoroskopu: Xarici əlaqələrdən gəlir ehtimalı artıb

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Tehrandakı hərbi obyektlərin vurulması anı like
  • 15 İyn 23:21  
Dünya Tehrandakı hərbi obyektlərin vurulması anı

İsrail ordusu Tehranda "yer-yer" tipli raket istehsalı sahələrinin

arrow Ətraflı
Zərbələrdən sonra Hayfada güclü yanğın başladı like
  • 15 İyn 23:18  
Dünya Zərbələrdən sonra Hayfada güclü yanğın başladı

Xəbər verdiyimiz kimi, İrandan İsrailə 50-dən çox ballistik raket buraxı

arrow Ətraflı
ABŞ səfirliyi vətəndaşlarına İranı Azərbaycan vasitəsilə tərk etməyi tövsiyə edib like
  • 15 İyn 23:10  
Dünya ABŞ səfirliyi vətəndaşlarına İranı Azərbaycan vasitəsilə tərk etməyi tövsiyə edib

ABŞ-ın İrandakı virtual səfirliyi amerikalı vətəndaşlara İranı tərk

arrow Ətraflı
“Uzak şehir”in Cihanı ailəsi ilə Bakıda like
  • 15 İyn 22:55  
Şou-biznes “Uzak şehir”in Cihanı ailəsi ilə Bakıda

Türkiyəli aktyor Ozan Akbaba bu dəfə Bakıya ailəsi ilə birlikdə gəlib.

arrow Ətraflı
Babası ilə birgə qəzada ölən Qalibin like
  • 15 İyn 22:33  
Digərləri Babası ilə birgə qəzada ölən Qalibin

Bu gün Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində M.Ağayevin idarə

arrow Ətraflı
Netanyahu: İran Trampı öldürmək istəyir like
  • 15 İyn 22:03  
Dünya Netanyahu: İran Trampı öldürmək istəyir

Tehran ABŞ prezidenti Donald Trampı özünün əsas düşməni hesab edir və

arrow Ətraflı
Hava bu tarixdə düzələcək like
  • 15 İyn 21:41  
Digərləri Hava bu tarixdə düzələcək

Bakıda və Abşeron yarımadasında iyunun 16-sı gündüz bəzi yerlərdə ara

arrow Ətraflı
Fazil Həsənov vəfat etdi like
  • 15 İyn 21:18  
Digərləri Fazil Həsənov vəfat etdi

Azərbaycanda prokuror müavini vəfat edib.

arrow Ətraflı
İsrailin Xameneini öldürmək planına veto qoydu like
  • 15 İyn 21:00  
Dünya İsrailin Xameneini öldürmək planına veto qoydu

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın Ali Rəhbəri Seyid Əli Xamenei

arrow Ətraflı
İlk dəfə oğlunun üzünü göstərdi like
  • 15 İyn 20:42  
Şou-biznes İlk dəfə oğlunun üzünü göstərdi

Türkiyəli məşhur aktrisa Pınar Deniz ilk dəfə oğlu Fikret Hakanın üzü

arrow Ətraflı
Netanyahu: SEPAHın kəşfiyyat rəhbəri və müavini öldürülüb like
  • 15 İyn 20:25  
Dünya Netanyahu: SEPAHın kəşfiyyat rəhbəri və müavini öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri

arrow Ətraflı
Biz Türkiyə mediasından bunu gözləmirdik! like
  • 15 İyn 20:09  
Siyasət Biz Türkiyə mediasından bunu gözləmirdik!

Son günlər İsrail-İran arasındakı qarşıdurma bütün dünya mediasının

arrow Ətraflı