Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib


Siyasət 18 İyl 2025 14:33:00 73 0

Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

İyulun 18-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərəm Məmmədov 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, Zəngilan rayonu və Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün "UAZ" markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib. Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayonu rabitə qovşağının sürücüsü Emin və komendantın köməkçisi Emin adlı şəxs olub.

Kabel xətlərini yoxlaya-yoxlaya Qafan rayon rabitə qovşağına daxil olduqda qovşağın həyətinə toplaşmış ermənilər tərəfindən zərərçəkmiş şəxs özü və digər azərbaycanlılar təpik-yumruqla döyülərək girov götürülüblər. Bundan sonra ora gəlmiş Ermənistanın Qafan rayon daxili işlər şöbəsinin əməkdaşları və hərbçilər onları Qafan rayon daxili işlər şöbəsinə aparıblar. Orada 4 nəfər mülki geyimdə olan erməni onlara işgəncə verib, yumruq-təpiklə döyərək müxtəlif növ bədən xəsarətləri yetiriblər. Nəticədə K.Məmmədovun sağ tərəfində qabırğaları sınıb, bədəninin bütün hissələri göyərib və baş-beyin travması alıb. Ş.Bağırovun beyninə qan sızıb.

Zəngilan rayonundan gəlmiş sovet hərbçiləri onları ermənilərdən təhvil alaraq "BTR" hərbi maşınına qoyub Zəngilan rayonuna gətirməklə girovluqdan azad edib. Zərərçəkmişlərə məxsus "UAZ" markalı avtomobil Ermənistanda onları girov götürmüş şəxslər tərəfindən mənimsənilib.

K.Məmmədov məhkəmədə prokurorun sualına cavabında bildirib ki, Ermənistanda aldığı xəsarətlərə görə iki ay xəstəxanada müalicə olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Hindistanda ildırım faciəsi  33 ölü, çox sayda yaralı var like
  • 18 İyl 14:32  
Dünya Hindistanda ildırım faciəsi 33 ölü, çox sayda yaralı var

Hindistanın şərqində yerləşən Bihar əyalətində bu həftə musson fırt

arrow Ətraflı
Bir ailənin 2 üzvünün öldüyü qəza ilə bağlı rəsmi məlumat like
  • 18 İyl 14:19  
Digərləri Bir ailənin 2 üzvünün öldüyü qəza ilə bağlı rəsmi məlumat

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakı-Qazax yolunun Goranboy

arrow Ətraflı
Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib  FOTO like
  • 18 İyl 14:18  
Siyasət Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib FOTO

İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışınd

arrow Ətraflı
Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır like
  • 18 İyl 14:10  
Digərləri Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin sökünt

arrow Ətraflı
Ayşəni öldürən Cəmil keçmiş həyat yoldaşını da qətlə yetiribmiş like
  • 18 İyl 14:05  
Digərləri Ayşəni öldürən Cəmil keçmiş həyat yoldaşını da qətlə yetiribmiş

İstanbulda yol kənarında meyiti tapılan Ayşə Tokyazın qətli ilə bağlı

arrow Ətraflı
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub  FOTO like
  • 18 İyl 14:00  
Siyasət Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub FOTO

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalın

arrow Ətraflı
Şəhid Məzahir Kərimov Xaçmazda dəfn olundu like
  • 18 İyl 13:51  
Digərləri Şəhid Məzahir Kərimov Xaçmazda dəfn olundu

İyulun 18-də Birinci Qarabağ müharibəsinin şəhidi Kərimov Məzahir Xalı

arrow Ətraflı
Qubada yük və minik maşınları toqquşdu  Yaralananlar var like
  • 18 İyl 13:27  
Digərləri Qubada yük və minik maşınları toqquşdu Yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba

arrow Ətraflı
Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq?  DİM like
  • 18 İyl 12:55  
Digərləri Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunma

arrow Ətraflı
Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi like
  • 18 İyl 12:49  
Digərləri Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşlar

arrow Ətraflı
Ağdam şəhərində 1 nömrəli körpələr eviuşaq bağçası istifadəyə verilib  FOTO like
  • 18 İyl 12:45  
Siyasət Ağdam şəhərində 1 nömrəli körpələr eviuşaq bağçası istifadəyə verilib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam ş

arrow Ətraflı
Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ like
  • 18 İyl 11:54  
Digərləri Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

arrow Ətraflı