Şəhid Məzahir Kərimov Xaçmazda dəfn olundu


Digərləri 18 İyl 2025 13:51:00 68 0

Şəhid Məzahir Kərimov Xaçmazda dəfn olundu

İyulun 18-də Birinci Qarabağ müharibəsinin şəhidi Kərimov Məzahir Xalıq oğlunun nəşinin qalıqları Xaçmazda dəfn olunub.

Son.az xəbər verir ki, 1994-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 31 il sonra doğma yurdunda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Vida mərasimi keçirildikdən sonra şəhid Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Məzahir Kərimov doğulub boya-baş çatdığı Xaçmaz rayonunun Usta Cəlilli kəndində dəfn edilib.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin ailəsinə təqdim edilib.

Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmaz rayonunun Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. 1994-cü ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. Kəlbəcər rayonu istiqamətində qəhrəmanlıqla döyüşüb. Bu vaxta kimi itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.

Məzahir Kərimov cəhbəyə yollanada ailəli idi. İki qız övladı yadigar qalıb. Nəvəsi şəhid Məzahir Kərimovun adını daşıyır.

Qubada yük və minik maşınları toqquşdu  Yaralananlar var like
  • 18 İyl 13:27  
Digərləri Qubada yük və minik maşınları toqquşdu Yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba

arrow Ətraflı
Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq?  DİM like
  • 18 İyl 12:55  
Digərləri Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunma

arrow Ətraflı
Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi like
  • 18 İyl 12:49  
Digərləri Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşlar

arrow Ətraflı
Ağdam şəhərində 1 nömrəli körpələr eviuşaq bağçası istifadəyə verilib  FOTO like
  • 18 İyl 12:45  
Siyasət Ağdam şəhərində 1 nömrəli körpələr eviuşaq bağçası istifadəyə verilib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam ş

arrow Ətraflı
Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ like
  • 18 İyl 11:54  
Digərləri Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

arrow Ətraflı
İllüziyaların sonu: Hindistan Rusiya neftindən üz döndərməyə hazırlaşır like
  • 18 İyl 11:30  
Siyasət İllüziyaların sonu: Hindistan Rusiya neftindən üz döndərməyə hazırlaşır

2022-ci ildən bəri qlobal enerji nizamında təlatümlü bir dəyişiklik baş

arrow Ətraflı
Səhnədə Cennifer Lopeze belə evlilik təklifi etdilər like
  • 18 İyl 11:18  
Şou-biznes Səhnədə Cennifer Lopeze belə evlilik təklifi etdilər

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bi

arrow Ətraflı
Azərbaycanda hava yenə dəyişir: Temperatur düşəcək like
  • 18 İyl 11:00  
Digərləri Azərbaycanda hava yenə dəyişir: Temperatur düşəcək

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkə

arrow Ətraflı
20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Gönül qətlə yetirilibmiş like
  • 18 İyl 10:44  
Digərləri 20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Gönül qətlə yetirilibmiş

İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış ha

arrow Ətraflı
Bu ölkədə güclü zəlzələ oldu like
  • 18 İyl 10:39  
Dünya Bu ölkədə güclü zəlzələ oldu

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Kəlbəcərin təbiət cənnəti: Ala Göllərin möhtəşəm görüntüləri like
  • 18 İyl 10:30  
Digərləri Kəlbəcərin təbiət cənnəti: Ala Göllərin möhtəşəm görüntüləri

Kəlbəcər - Azərbaycanın ən təbii, ecazkar və zəngin təbiətinə malik

arrow Ətraflı