Polis paytaxtda xüsusi əməliyyat
Digərləri 18 İyl 2025 22:39:00 64 0
Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.
Bu xəbəri də oxu: Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib
Son.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2 066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Son.az
"SOCAR-AQŞ" MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçm

Yolda quraşdırılan qurğu sürücülərdə çaşqınlıq yaradıb.

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab

Aparıcı Çinarə Əliyeva ilk dəfə itirdiyi körpəsindən danışıb.

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik"

Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

Xanəndə Pərviz Qasımov iştirak etdiyi "Bodibildinq üzrə Avropa çemp

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam ort

Rusiya Prezidenti Vladimir Putin hökumətə "dost olmayan ölkələrdə&qu

20:49 Saatlıda Araz çayında batan yeniyetmənin meyiti tapılıb.

Əməkdar artist Yusif Mustafayev insanların dəyişməsindən şikayətlənib.

İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artı
