Nə avokado, nə də ərik: Bağırsaq üçün ən yaxşı meyvə ortaya çıxdı
Digərləri 21 İyl 2025 05:05:00 392 0
Mütəxəssislər sağlam həzm sistemi üçün gündə 25-38 qram lif qəbulunun vacib olduğunu bildirirlər. Ancaq bu tələbi ödəyənlərin sayı kifayət qədər azdır. Qiymətləndirmələrə görə, kişilərin yalnız 3%-i, qadınların isə təxminən 10%-i tövsiyə olunan gündəlik lif miqdarını qəbul edir.
Bu xəbəri də oxu: Yaponlar məhz buna görə tozsorandan istifadə etmir
Son.az xəbər verir ki, diyetoloqlar və həkimlər lif ehtiyacını təmin etmək üçün təbii mənbələrə üstünlük verməyin vacibliyini vurğulayırlar. Bu baxımdan liflə zəngin meyvələr önə çıxır. Qastroenteroloq Will Bulseviç moruğu bağırsaq sağlamlığı üçün "1 nömrəli qida" adlandırır.
Bir fincan moruqda təxminən 7 qram lif mövcuddur. Bundan əlavə, C vitamini və polifenollarla zəngindir. Bu maddələr bədəndə antioksidant təsir göstərərək hüceyrə zədələnməsinin qarşısını almağa kömək edir.
Tədqiqatlar göstərir ki, moruq tərkibində təbii şəkər olmasına baxmayaraq, tip 2 diabet riskini azalda bilər. Artıq şəkərli diabeti olan insanlarda isə qan şəkərinin idarə olunmasına kömək etdiyi bildirilir.
Moruq həmçinin qıcıqlanan bağırsaq sindromu (İBS) zamanı şişkinlik və qarın ağrısına səbəb ola bilən fermentləşdirilə bilən karbohidratlarda (FODMAP) aşağı olan meyvələrdəndir. Bu səbəbdən həssas bağırsaq quruluşu olanlara da tövsiyə olunur.
Ekspertlər xəbərdarlıq edir
Bağırsaq sağlamlığını dəstəkləmək üçün rasiona müntəzəm olaraq moruq əlavə etmək faydalıdır. Ancaq hər hansı pəhriz əlavəsi qəbul etməzdən və ya rasionda dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Məqalədəki məlumatlar yalnız məlumat məqsədi daşıyır./e-saglam.az
Rusiyalı kardioloq Yevgeni Kokin "İzvestiya"ya verdiyi açıqlamada
Son zamanlar bir çox insan gecə saatlarında əllərində və ayaqlarında yan
Müasir həyat tərzi və düzgün olmayan qidalanma vərdişləri səbəbindən
Türkiyədə Ağrıdan İzmirə hərəkət edən sərnişin avtobusu, yağış
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu evinin görüntüsünü paylaşıb.
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco
Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasının eyvanında müba
Kayserinin Melikqazi rayonunda yerləşən məsciddə ürəkağrıdan qətl hadi
Tikinti üçün plana düşən ərazilərdə vətəndaşların bir qismi kompens
Müğənni Rəqsanə İsmayılova növbəti dəfə boşanma iddialarından danı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqı və ölkə baş
Paytaxtın Suraxanı rayonu, Zığ-Hövsan avtomagistralının yaxınlığında
