Azərbaycanda bu universitetdə yeni təqaüd təsis edildi
Digərləri 21 İyl 2025 16:12:00 330 0
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin dəstəklənməsi üçün yeni təqaüd proqramı təsis edilib.
Bu xəbəri də oxu: Avro ucuzlaşdı, dollar isə... Rəsmi
Son.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, rektor Anar Eminovun imzaladığı müvafiq əmrə əsasən, 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə dövlət təqaüdü almayan, lakin fakültələr üzrə ən yüksək nəticə göstərən 30 bakalavr və 5 magistr birdəfəlik 500 manat məbləğində "Rektorun fəxri təqaüdü"nü alacaqlar.
Təqaüd alan tələbələrin müəyyənləşdirilməsi zamanı onların imtahan sessiyası üzrə ümumi akademik nəticələri, təqaüd şərtlərinə uyğunluğu və dövlət təqaüdü almamaları əsas meyar kimi götürülüb.
Yeni təqaüd proqramı universitetdə tələbəyönümlü idarəetmə prinsiplərinin tətbiqinə və təhsilalanların motivasiyasının artırılmasına yönəlib.
Qeyd edək ki, "Rektorun fəxri təqaüdü" universitetdə ilk dəfə tətbiq olunur. Bu təşəbbüsün növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Son.az
Vladimir Zelenski 16 ölkəyə yeni səfirlər təyin edib.
Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmə
Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsi məktəbə çır
Yer kürəsinin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi sürətlə
Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə "Rəqəmsal keçidlər
Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasın
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarlarını Eçmiədzin şəh
"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.
Ermənistan və Azərbaycan həqiqətən sülh müqaviləsinin imzalanmasına ya
James Harrison "qızıl qolu" ilə dünyada tanınır. J.Harrison 14 y
Meyxanaçı Namiq Qaraçuxurlu saçları ilə bağlı yazılanlara cavab verib.
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) pikap tipli avto
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində v
