Xaricdə təhsil alanlara xəbərdarlıq!
Digərləri 21 İyl 2025 17:17:00 64 0
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.
Bu xəbəri də oxu: Goranboyda ağır qəza xəsarət alanlar var
Bu barədə Son.az-a Agentliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır.
Qurum ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamları Agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşdığını açıqlayıb. Əlavə edib ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmaq tövsiyə olunur.
Məlumatda o da qeyd olunub ki, xarici ölkələrdə təhsil alan müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir: "Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür.
Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet və media resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklam olunan təhsil müəssisələrinə "asan üsullarla" qəbul olunma ilə bağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunan xarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması ilə bağlı vədlərə inanmamağa çağırırıq. TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflı məlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdən keçirdikdən sonra seçim etməyinizi xahiş edirik". Son.az
Artıq son illərdə arxeologiya sahəsində süni intellekt tətbiq edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) paytaxtın iki ünvanında

Liviya Milli Razılıq Hökumətinin Yunanıstana qarşı 23 gün ərzində iki

ABŞ Prezidenti Donald Tramp öz bloqunda Ağ Evin keçmiş rəhbəri Barak Obam

Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Elcan

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar X

Sosial şəbəkələrdə Binəqədi rayonunda sahil zonasında yerləşən "

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasə

Vladimir Zelenski 16 ölkəyə yeni səfirlər təyin edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmə

Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsi məktəbə çır

Yer kürəsinin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi sürətlə

Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə "Rəqəmsal keçidlər
