Hər zaman "uşaq qalmağın" sirri nədir?
Digərləri 21 İyl 2025 18:45:00 269 0
"İçimizdəki o saf, sevinən uşağı qoruyub saxlamaq həyatı daha rəngli və gözəl yaşamağımıza imkan verir".
Bu xəbəri də oxu: 10 min il əvvəl yaşamış mamont peyda oldu qonşu ölkədə
Bu sözləri psixoloq Ülviyyə İlqar Son.az-a açıqlamasında deyib.
O, hər zaman "uşaq qalmaq" barədə danışıb:
"Hər şeyə heyran qalmaq, gülməyə səbəb axtarmaq, inciklikləri tez unutmaq kimi faktorlar uşaqlıq enerjisi ilə bağlıdır. Lakin hər zaman uşaq kimi qalmaq da bizə zərər verə bilər. Çünki həyat yalnız oyundan, fantaziyadan və "mən istəyirəm"lərdən ibarət deyil.
Yetkinlik məsuliyyət götürmək, sərhədlərini bilmək, başqasının hisslərini nəzərə almaq və qərarların nəticəsini daşımaq bacarığıdır. Həqiqətən böyümək isə daxili uşağı boğmaq yox, onu bir tərəfində saxlayaraq, digər tərəfində həyatı çiyinləyib aparmaqdır".
Ekspert uşaq kimi qalmağın sirləri barədə isə bunları söyləyib:
"Uşaq qalın, lakin həyatının bütün sahələrində uşaq olmayın. Daxilinizdəki uşağın gülüşünü qoruyarkən, böyüyən tərəfinlə sərhəd qoyun. Həyatın çətinliklərini uşaqlıq sadəlövhlüyü ilə yox, yetkinliyin anlayışı ilə qarşılayın".
Ülviyyə İlqar fikirlərini belə əsaslandırıb:
"Çünki həddindən artıq uşaq qalmaq qərarsızlıq, məsuliyyətdən qaçmaq və emosiyaların əsiri olmaq deməkdir. Həddindən artıq yetkin olmaq isə bəzən ruhsuzlaşmaq, bəzən də həyatın rəngini itirmək deməkdir.
Ən gözəli isə bu ikisinin harmoniyasıdır. Daxilinizdəki uşağı sevin. Lakin unutmayın ki, onu idarə etmək də sizin əlinizdədir".
Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan arası
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş naz
Bu günlərdə baş verəcək maqnit qasırğaları meteohəssas insanlar üçü
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Prezidentini
2025-ci ilin yanvar-iyun ayları ərzində 33 min nəfərdən çox şəxsə ə
Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizirə cəza verilib. Əsgər h
Prezident media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imza
Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş veri
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və
Artıq son illərdə arxeologiya sahəsində süni intellekt tətbiq edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) paytaxtın iki ünvanında
Liviya Milli Razılıq Hökumətinin Yunanıstana qarşı 23 gün ərzində iki
ABŞ Prezidenti Donald Tramp öz bloqunda Ağ Evin keçmiş rəhbəri Barak Obam
