Universitet həmin məsələyə görə üzr istədi
Digərləri 31 İyl 2025 16:28:00 92 0
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi ingilisdilli saytında tanınmış sənətçilərin ad və soyadlarının səhv transliterasiya olunması diqqət çəkib.
Bu xəbəri də oxu: Abşeron Mərkəzi Xəstəxanasında nə baş verir? RƏSMİ AÇIQLAMA
Son.az xəbər verir ki, saytda Xalq artisti Firəngiz Mütəllimovanın adı "Pharaoh Mullimova", əməkdar incəsənət xadimi Əliqismət Lalayevin adı isə "Elizabeth Lalayev" kimi qeyd olunub.
Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı ADMİU sosial şəbəkə hesabında açıqlama yayıb.
"Xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə süni intellekt əsaslı DeepL Translate modulu inteqrasiya edilib. Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun - xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir.
Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb.
Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik!", - açıqlamada bildirilib.
Asya Son.az
Bəzi insanlar sanki doğulduqları andan etibarən liderliyə uyğundurlar. Ast

Aparıcı Xoşqədəm Hidayətqızının qonaq olduğu efirdə narazı baxışla

Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış

Hindistanın Karnataka ştatında həkimlər tibb dünyasında önəmli sayılan

Kamçatkadakı zəlzələ dünyanın ən güclü altı yeraltı təkanından bir

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yax

Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC və "Mpay" Q

Bulaşdığı rüşvət qalmaqalına görə 2022-ci ildə həbsə salınan, məh

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru

Fövqəladə Hallar Nazirliyi (FHN) isti və quru hava şəraiti ilə əlaqədar

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül
