Əvəz Zeynallının kirli biznesi: “1 manatlıq yardım” ona nə üçün lazımdır?


Digərləri 31 İyl 2025 15:18:00 106 0

Əvəz Zeynallının kirli biznesi: “1 manatlıq yardım” ona nə üçün lazımdır?

Bulaşdığı rüşvət qalmaqalına görə 2022-ci ildə həbsə salınan, məhkəmə hökmü ilə 9 il müddətinə  azadlıqdan məhrum edilən, amma "xərçəng xəstəliyinə tutulduğu üçün" vaxtından əvvəl azadlığa buraxılan  Əvəz Zeynallı bu dəfə " bir manatlıq yardım aksiyası" adlı şounun qəhrəmanı kimi diqqət mərkəzinə gəlib. Xalqa müraciət edən  "Xural" rəhbəri vətəndaşları onun təşəbbüsü ilə başladılmış 2 kampaniyaya-"bir manatlıq yardım" aksiyasına və "kitab marafonu"na qatılmağa çağırıb. Elan edib ki, hər  iki kampaniya çərçivəsində toplandığı vəsaiti müalicəsinə həsr ediləcək, sağ qalması üçün xərcləyəcək.  

Amma prosesin gedişində fərqli elementlər ortaya çıxıb.

O öz xəstəliyi barədə bu iki kampaniyanın yalnız başlanğıcında danışıb. İnsanların mərhəmət duyğusunu istifadə edərək auditoriya topladıqdan sonra, xəttini dəyişib, fərqli obraza girib.  Xəstəlik adı ilə topladığı auditoriya qarşısında xəstə, müalicəyə ehtiyacı olan şəxs kimi deyil, siyasi şoumen kimi davranır, "ictimai fəal", "hüquq müdafiəçisi", "mübariz qəhrəman" rolunda çıxış edir. 

O, efir vaxtını xəstəliyi barədə məlumatlara, müalicəsinə,  yardım kampaniyasında topladığı vəsaitlərin hesabatına deyil, fərqli mövzulara həsr edir. Siyasi prosesləri dartışır, kriminal mövzulara girişir, skandallı məsələlərin mərkəzində görünür. Həm də bütün şərhlərini şüurlu şəkildə anti-Azərbaycan ovqatda qurur, ölkəmiz barədə neqativ informasiyaların çatdırılmasına çalışır. Radikal siyasi qrupların ruporu rolunu ifa edir. 

Mövzu seçimi, cəmiyyəti çaşdırmaq təşəbbüsü bir yana qalsın. İndi təəccüb doğuran daha bir hal var: Əvəz Zeynallı  həqiqətən "4-cü dərəcəli xərçəng xəstəsi"dirsə, vəziyyəti kritikdirsə, intensiv müalicəyə ehtiyacı varsa, hansı enerji ilə hər gün canlı efirə çıxır? Saatlarla yayım verir, şərh edir, təhlil aparır. Bu qədər  ağır diaqnozla belə aktiv hərəkət etmək, intensiv proseslərin içinə girmək  mümkündürmü? Şübhəli məqamdır, hissə-hissə təhlil edilib araşdırılmalıdır.

Araşdırılması vacib olan daha bir sual: Əvəz Zeynallının insanlardan topladığı "1 manatlara" həqiqətən ehtiyacı vardırmı? Çıxışında qeyd edir ki, keçirdiyi kampaniyalar sonucunda "cəmi 8 min manat vəsait toplayıb, bu vəsait onun müalicəsinə çıkilən xərcin simvolik hissəsidir". Əgər toplanılan vəsait simvolikdirsə, əhəmiyyətli bir işə yaramırsa, bu həcmdə kampaniya keçirmək, şou göstərmək nəyə lazımdır? 

Təhlillər göstərir ki, onun "yardım kampaniyası" ehtiyaca bağlı deyil. Bu, reputasiya təmizləmə əməliyyatıdır. Cəmiyyətə təmiz imiclə, "mübariz" obrazında təqdim olunmaq istəyirdi.

"Xural" rəhbəri  "bir manatlıq yardım" çağırışı ilə məzlum görünmək, keçmişdə törətdiyi cinayətləri unutdurmaq, reabilitasiya olunmaq istəyir.  Bu kampaniya əvvəldən sona qədər ustalıqla qurulmuş,  reputasiya təmizləməsinə hesablanmış növbəti oyundur. Guya xəstədir, vəziyyəti ağırdır, guya müalicəyə pul lazımdır. Kampaniyaya bu adla başlayıb,  "mərhəmət çağırışı" edib. Amma nə xəstə kimi görünür, nə də müalicə alan şəxs kimi davranır.  Hədəf ictimai rəyi aldatmaqdır. Keçmişdə  cinayət yolu ilə, rüşvətlə, hədə-qorxu ilə toplanmış vəsitləri unutdurmaqdır. Yenidən cəmiyyətin "qəhrəmanları" sırasına qayıtmaqdır. Amma yanlış cəhddir. İnsanlar sadəlövhdür, doğrudur. Amma cəmiyyətin yaddaşı var. Bu yaddaşı silmək  "bir manatlıq yardım" çağırışı ilə mümkün deyil.

Hər kəs yaxşı bilir ki, onun jurnalistika adı altında həyata keçirdiyi fəaliyyət illərdir ki, rüşvət, şantaj və kompromat çarxının üzərində fırlanıb. Bir neçə istiqamət üzrə çirkli pulların axdığı kanallara qoşulub. Böyük sərvət toplayıb. Qanundankənar vasitələrlə toplanılmış həmin sərvəti, mülkləri  leqallaşdırmaq üçün indi əsl fürsətdir. "Bir manatlıq yardım" kampaniyası həmin çirkli vəsaitlərin yuyulması üçün əsl fürsətdir. 

"Qrant qaçaqmalçılığı"nda iştirak 

Faktlara baxaq. Azərbaycanda fəaliyyəti dayandırılmış "The International Research & Exchanges Board" şirkətinin  (IREX) fərqli istiqamətlər üzrə hazırladığı hesabatları araşdırıb faktları uzlaşdıranda belə nəticə çıxır ki, Əvəz Zeynallı qanunsuz qrant dövriyyəsinin içində olub. Yəni, qrant qaçaqmalçılığında iştirak edib.

Diqqət edək: İREX Azərbaycanda öz fəaliyyətini 2014-cü ildə  dayandırıb, Digər beynəlxalq "donorlar" kimi, onun da fəaliyyətində qanunsuz əməllər, nöqsanlar aşkarlanıb. Amma Əvəz Zeynallı qeyri-leqal yollarla-"xidmət müqavilələri" əsasında həmin şirkətlə əməkdaşlığını davam etdirib. Şəhla İsmayılovanın vasitəçiliyi İREX-dən  2016-cı ildə 525 ABŞ dolları, 2017-ci ildə 953 ABŞ dollar, 2018-ci ildə isə ayrı-ayrılıqda 2500 və 2463 ABŞ dollar məbləğində vəsait alıb.

İREX-in daxili hesabatlarında 01/2018 və 15/2018 nömrəli "xidmət müqaviləsi" ilə qeydə alınan bu vəsaitlər Azərbaycanda hüquqi prosedurlardan yayındırılıb, qeyri-leqal formada icra olunub.

O, digər "donor"larla əməkdaşlığını da bu müstəvidə qurub.  2015-ci ildə ABŞ səfirliyindən ianə adı altında aldığı 2500 dollar məbləğində qanunsuz qrant vəsaitini alıb, qeydiyyatdan yayındırıb.

Başqa hansı "donorlarla" qeyri-leqal əməkdaşlıq olunub? Nə qədər "məxvi qrant" layihəsi icra edilib? "Toplum TV", "Abzas Media" işinin bir qolu da "Xural"  media qrupuna çıxmırmı? Araşdırılmalıdır.   Təəssüf ki, Əvəz Zeynallının "səhhəti" buna imkan vermir. 

"Söyüş müxalifəti" ilə maliyyə sövdələşməsi

Əvəz Zeynalllı  beynəlxalq axtarış verilmiş "Azadlıq qəzeti"-nin baş redaktoru Qənimət Zahidlə intensiv təmas halında olub. Bu təmaslar təkcə "Skype" və "vatsap" danışıqları ilə məhdudlaşmayıb. "Xural" rəhbəri Avropa ölkələrinə səfəri zamanı "həmkarını" tez-tez ziyarət edib. Həmin görüşlərdə iştirak etmiş digər şəxslərin verdikləri bilgilərdən belə aydın olur ki, Qənimət Zahid anti-Azərbaycan ovqatlı bəzi məlumatların ictimai təsirini artırmaq üçün onların bir qismini "Xural TV" üzərindən yaymaq təklifi ilə çıxış edib. Əvəz Zeynallı bu təkliflə razılaşıb.

Təbii ki, böyük vəsaitlər qarşılığında..2016-cı ilin mart ayında 1500 manat məbləğində ilkin tranş Qənimət Zahid tərəfindən Əvəz Zeynallıya  ötürülüb. Dövlət əleyhinə yönələn məlumatların ictimailəşdirilməsi ilə müşaiyət olunan əməkdaşlıq son günlərə qədər davam edib. 

Ümumilikdə nə qədər vəsait alıb Qənimət Zahiddən? Qurban Məmmədovla əməkdaşlığı hansı prinsip əsasında qurulub?

Tam aydın deyil, araşdırılmalıdır. Amma ip ucu verən faktlar var. Məsələn, rəsmi  gəlir verən  heç bir iş yeri olmadığı halda "Azərbaycan Beynəlxalq Bankı" ASC-də Zeynalov Əvəz Tapdıq oğlunun adına bank hesabı  açılıb. Həmin hesabda 2020-ci ilin mart ayından 2022-ci ilin oktyabr ayına qədər 23 min 700 manat, "Kapital Bank" ASC-yə aid olan bank hesablarında isə eyni dövrdə  17 min 031 manat,  ümumilikdə 40 min manat vəsait dövr edib. Bu vəsaitlərin heç bir izahı yoxdur.  

"MilliÖn" və "Emanat" platformaları üzərindən ötürüldüyü üçün mənbə görünmür. "Xaricə xidmət" qarşılığında alınıbmı bu vəsaiti? Aydınlaşdırmağa zərurət var. Hər halda Əvəz Zeynallının həmin dövrdə "söyüş müxalifətinin" təmsilçiləri Qənimət Zahid və Qurban Məmmədovla sıx təmas halında olduğu, informasiya mübadiləsi apardığı,  eyni məzmunu paylaşdığı aydın  görünür.  

Əvəz Zeynallı heç nəyi pulsuz etməyib.

Onun çıxışlarında hər bir tənqid şantaj məqsədi güdür, hər bir xoş söz alınmış pulun müqabilində deyilir. Hətta hansısa saytln məlumatını verirsə, ondan belə nə isə alır. Həmkarımız olduğuna görə adını çəkmirik, amma dəqiq bilirik ki, 2015-2018-ci illərdə saytlardan birinin materiallarını vermək üçün onun rəhbərindən ayda 800 manat alıb. Hətta  Rəsul Quliyevə həsr olunmuş "Qürbətdə keçən zaman" adlı videomaterial üçün onun buradakı təəssübkeşlərindən 1200 manat qoparıb. 

"Reketçilik" əməlləri

Əvəz Zeynallının  hədə-qorxu gəlməklə ayrı-ayrı şəxslərdən əldə etdiyi vəsaitlərin həcmi də kifayət qədər böyükdür.  Müxtəlif qurumlara ünvanlanan şikayət dolu müraciətlərdən belə məlum olur ki, o, nazirliklərdən, deputatlardan, məmurlardan, şirkət sahiblərindən təhdid yolu ilə külli miqdarda vəsait alıb.  Məsələn, RİTN ictimaiyyətlə əlaqələr sektorunun müdiri Müşfiq Əmirovdan 2 min 000 manat, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti Çapay Sultanovdan 880 manat, deputatlar Aqil Məmmədovdan 10 min 000 manat, Anar Məmmədovdan 10 min 000 manat, Əlövsət Ağalarovdan ayda 250 manat. Bu cür şikayətlərin sayı çoxdur.

Hər biri konkret tarix, konkret ad, konkret məbləğlə müxtəlif mənbələrdə sənədləşdirilib. Əvəz Zeynallı insanları, idarələri, şəxsləri təhdid qdib, hədə-qorxu gəlib, hansısa faktları ictimailəşdirməmək, yaxud, şər-böhtan atmamaq qarşılığnda külli-miqdarda vəsaitlər qoparıb.

Bunların bir qismi açıq mənbələrdə, bir qismi məhkəmə materiallarında, bir qismi isə ayrı-ayrı təşkilatların hesabatlarında üzə çıxır.

Əvəz Zeynallı üçün fərq yoxdur ki, kimsən, nəçisən. O, pulunun sahibidir. İllah ki əlinə bir fakt və ya xəbər düşdüsə, insanları sıxıb suyunu çıxartmayana kimi əl çəkmir, bütün vasitələrlə onu təhdid edir və istəyinə nail olurmuş.  Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahirin hansı səbəbdən, nə üçün ayrı-ayrı vaxtlarda ona pul verməsi də müəmmalıdır. Pulun məbləği də az deyil, üst-üstə ən azı14 min manata yaxın. 

"Qara işlər" üzrə PR menecer

Əvəz Zeynallı jurnalist deyil. Ən yaxşı halda PR menecerdir, təbliğatçıdır. Həm də bu menecerlik "qara PR" üzərində qurulub. Məsələn, Əvəz Zeynallı ömürlük azadlıqdan məhrum edilmiş Şəmsi Səmədzadənin həbsdən azad edilməsi üçün onun təbliğatını qurub. "Xural" qəzeti üzərindən bu işi qurmaq üçün Səmədzadədən 2022-ci il ərzində 10 min manatlarla məbləğdə vəsait alıb.

O, PR işini həm də şantaj mexanizmi ilə aparıb. Məsələn. Bakı şəhəri,  Binəqədi rayonu M.Ə.Rəsulzada qəsəbəsinin  bələdiyyə sədri olmuş Hümnət  Hüseynov barədə tənqidi yazılar yazıb. Sonradan sövdələşəyə gediblər. Bələdiyyə sədri Əvəz Zeynallının mülkiyyətində olan, Binəqədi rayonunun  M.Ə.Rəsulzada qəsəbəsində,  Batabat küçəsi 67 ünvanında yerləşən qeyri-yaşayış sahəsi əmlak üzrə hesablanmış bələdiyyə vergisini ödəməkdən "azad edilib". Və sair. 

Amma Əvəz Zeynallı çıxışlarında bu faktların heç  birinə toxunmur. Onun təbirincə desək, bu gün "xalqın dəstəyi ilə mübarizə aparan media rəhbəri"dir. Mətbuat azadlığının "qurbanı"dır. Hansı ki, bu "qurbanlıq" oyununda pul müqabilində yazılmayan yazıların, yayımlanmayan tənqidlərin, susdurulan sətirlərin hekayəsi gizlənir.

Dövlətin humanist jestindən istifadə edərək azadlığa çıxmış bu "qəhrəman"  xəstəliyini əldə bayraq edərək, çərçivəsiz prformanslar edir. Dövlət onu xəstə olduğu, müalicə almaq üçün azadlığa buraxıb. O isə bu azadlığını, "xəstəliyini"  yeni rüşvət planına çevirməyə çalışır. Gözü o qədər dönüb ki, hər gün dövlətin ünvanına təhqir dolu çıxışlar edir, hakimiyyət nümayəndələrinə qarşı çirkin ittihamlar səsləndirir. Hanı o iddia edilən ağrılar, müalicə planları?

Mənbə: Bizim.Media

Məktəb direktorunun səs yazısı yayıldı  Araşdırma aparılacaq like
  • 31 İyl 15:14  
Digərləri Məktəb direktorunun səs yazısı yayıldı Araşdırma aparılacaq

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru

arrow Ətraflı
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi like
  • 31 İyl 14:50  
Digərləri Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) isti və quru hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Azərbaycanda yenə zəlzələ oldu like
  • 31 İyl 14:26  
Digərləri Azərbaycanda yenə zəlzələ oldu

Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Eyvandan yıxılaraq ölən Könülün həmin gün çəkilən VİDEOsu like
  • 31 İyl 14:16  
Digərləri Eyvandan yıxılaraq ölən Könülün həmin gün çəkilən VİDEOsu

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül

arrow Ətraflı
Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş like
  • 31 İyl 14:10  
Digərləri Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş

Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazi

arrow Ətraflı
Evdə interneti zəif olanlar bunları edin  Ekspertdən açıqlama like
  • 31 İyl 14:02  
Digərləri Evdə interneti zəif olanlar bunları edin Ekspertdən açıqlama

İstifadəçilərin böyük əksəriyyəti TP-Link, Nokia, Huawei və ZTE markal

arrow Ətraflı
Azərbaycanlı şoumenin 2 övladı vəfat etdi like
  • 31 İyl 14:00  
Şou-biznes Azərbaycanlı şoumenin 2 övladı vəfat etdi

Azərbaycanlı şoumen Həmid Sultana ağır itki üz verib.

arrow Ətraflı
Kəlbəcər faciəsi məhkəmədə  AzTV əməkdaşı ifadə verdi like
  • 31 İyl 13:54  
Siyasət Kəlbəcər faciəsi məhkəmədə AzTV əməkdaşı ifadə verdi

İyulun 31-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçək

arrow Ətraflı
Sürücü dövrü tarixə qovuşur  Süni intellekt əsaslı avtopilot gəlir like
  • 31 İyl 13:52  
Digərləri Sürücü dövrü tarixə qovuşur Süni intellekt əsaslı avtopilot gəlir

ABŞ-li alimlər hesab edir ki, Tesla-nın rəhbəri İlon Maskın siyasi fəal

arrow Ətraflı
Haqq və həqiqət şəhidləri: Qarabağdan qayıtmayan jurnalistlər like
  • 31 İyl 13:40  
Digərləri Haqq və həqiqət şəhidləri: Qarabağdan qayıtmayan jurnalistlər

Dünya müharibəni statistik rəqəmlərlə tanıyır: itkilər, generallar, ə

arrow Ətraflı
Kürdəmirdə avtomobil yollarının təmirinə 1,5 milyon manat ayrıldı like
  • 31 İyl 13:25  
Siyasət Kürdəmirdə avtomobil yollarının təmirinə 1,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi mag

arrow Ətraflı
56 yaşlı şou ulduzuna xərçəng diaqnozu qoyuldu like
  • 31 İyl 13:24  
Şou-biznes 56 yaşlı şou ulduzuna xərçəng diaqnozu qoyuldu

Amerikanın "Dallasın Gerçək Evdar Qadınları" realiti şousunun

arrow Ətraflı
Təhsil Tələbə Kreditini almaq niyə imkansız oldu?  ŞİKAYƏT   AÇIQLAMA like
  • 31 İyl 13:22  
Digərləri Təhsil Tələbə Kreditini almaq niyə imkansız oldu? ŞİKAYƏT AÇIQLAMA

Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını t

arrow Ətraflı