Yas mərasimlərində yemək qadağası Növbə Bakıya ÇATDI


Digərləri 31 İyl 2025 17:56:00 104 0

Yas mərasimlərində yemək qadağası  Növbə Bakıya ÇATDI

Son zamanlar Azərbaycanın bir sıra rayon və kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində artıq yalnız çay süfrəsi ilə kifayətlənmək tövsiyə olunur.

Qeyd edək ki, bu qərar rəsmi məcburiyyət deyil, tövsiyə xarakteri daşıyır. Cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qarşılanmasına baxmayaraq, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə və mənəvi dəyərlərə uyğun şəkildə keçirməkdir.

Yaxın gələcəkdə bu praktika digər rayonlara da tətbiq ediləcəyi gözlənilir.

Ancaq hələ də paytaxt Bakıda yas mərasimlərində yemək verilməsinin dayandırılması ilə bağlı xəbərlərə rast gəlinmir. Rayonlardan sonra oxşar qaydanın Bakıda da qüvvəyə minəcəyi bildirilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, bu, çox doğru və vaxtında verilmiş bir qərardır.

O qeyd edib ki, artıq bir sıra bölgələrdə genişmiqyaslı ehsan mərasimlərinin qarşısı alınıb. Rayon və kəndlərdə ağsaqqalların iştirakı ilə aparılan məsləhətləşmələr nəticəsində belə qənaətə gəlinib ki, yasda təmtərağa ehtiyac yoxdur.

"Bu tendensiyanı tam dəstəkləyirəm. Ancaq təəssüflər olsun ki, hələ də Bakı şəhərində köhnə vərdişlər davam edir. Elə vaxtlar olub ki, yas mərasimlərində süfrəyə bahalı siqaretlər düzülürdü. Bu da özlüyündə yanlış bir yanaşmadır. Bəzən dünyasını dəyişən şəxsin yaxınları təlaş içində qalırlar, dəfn işlərini həyata keçirsinlər, yoxsa ehsan süfrəsi üçün ət, düyü, yağ və digər ərzaq məhsulları alsınlar?".

Deputat qeyd edib ki, burada Türkiyə nümunəsi bizim üçün yaxşı bir örnək ola bilər.

"Qardaş Türkiyədə əsasən yasda iştirak edən yaxın qohum və qonşulara ehsan verilsə də, amma genişmiqyaslı ehsan süfrələri təşkil olunmur. Mən düşünürəm ki, bizdə də bu ənənə mərhələli şəkildə aradan qaldırılmalıdır".

E.Musayev onu da diqqətə çatdırıb ki, eyni zamanda toy mərasimlərində də həddindən artıq bədxərc hallar müşahidə olunur:

"Bu da bir növ israfçılıq və özünü göstərmək məqsədi daşıyır. Halbuki toy, evlənən gənclərə xoşbəxtlik arzulamaq, onlara dəstək vermək üçün təşkil olunur. Əgər nəsə vermək lazımdırsa, bu birbaşa gənclərin özünə verilməlidir, yoxsa dəbdəbəli məclislərə yox",-deyə deputat vurğulayıb.

Sonda millət vəkili bildirib ki, həm yas, həm də toy mərasimlərində sadəlik, mənəvi dəyərlərə önəm vermək və israfdan qaçmaq daha məqsədəuyğundur.

"Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik like
  • 31 İyl 17:50  
Digərləri "Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik

Çinə məxsus beynəlxalq elektron ticarət platforması "Temu" Azər

arrow Ətraflı
"Əcəb edirəm bığıma rəng qoyuram" like
  • 31 İyl 17:45  
Şou-biznes "Əcəb edirəm bığıma rəng qoyuram"

Əməkdar artist Qorxmaz Əlilicanzadə maraqlı açıqlamalar verib. 

arrow Ətraflı
"ChatGPT"dən YENİLİK like
  • 31 İyl 17:40  
Digərləri "ChatGPT"dən YENİLİK

Amerikalı texnologiya şirkəti "OpenAI ChatGPT" çat-botuna tələb

arrow Ətraflı
MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix AÇIQLANDI like
  • 31 İyl 17:24  
Digərləri MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix AÇIQLANDI

6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiq

arrow Ətraflı
DTXnin Azərbaycanda saxladığı Fransa şirkətinin vitseprezidenti ifadə verdi like
  • 31 İyl 17:20  
Digərləri DTXnin Azərbaycanda saxladığı Fransa şirkətinin vitseprezidenti ifadə verdi

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham oluna

arrow Ətraflı
Kamçatka zəlzələsindən sonra hansı bölgələrdə zəlzələ riski var? like
  • 31 İyl 17:13  
Digərləri Kamçatka zəlzələsindən sonra hansı bölgələrdə zəlzələ riski var?

Peru hökuməti Rusiyanın Kamçatka bölgəsində baş vermiş güclü zəlzəl

arrow Ətraflı
Yaponiya və Cənubi Koreya rekord istilər like
  • 31 İyl 16:50  
Dünya Yaponiya və Cənubi Koreya rekord istilər

Cənubi Koreyada "tropik gecələr" rekordu qırılıb, Yaponiya isə

arrow Ətraflı
Türkiyəli müğənni Bakıdakı konsertini ləğv etdi like
  • 31 İyl 16:45  
Şou-biznes Türkiyəli müğənni Bakıdakı konsertini ləğv etdi

Bu gün Bakının məşhur restoranlarından birində səhnəyə çıxması plan

arrow Ətraflı
Attraksionu qırıldı: 23 nəfər yaralandı like
  • 31 İyl 16:40  
Dünya Attraksionu qırıldı: 23 nəfər yaralandı

Səudiyyə Ərəbistanının Taif şəhərində "Yaşıl Dağ" əylən

arrow Ətraflı
Azərbaycanda şok OLAY: Ana övladını satıb "Qazel"ə dəyişmək istədi like
  • 31 İyl 16:38  
Digərləri Azərbaycanda şok OLAY: Ana övladını satıb "Qazel"ə dəyişmək istədi

"Sözün bitdiyi an" verilişində şok hadisə yaşanıb. Son.az 

arrow Ətraflı
Universitet həmin məsələyə görə üzr istədi like
  • 31 İyl 16:28  
Digərləri Universitet həmin məsələyə görə üzr istədi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi ingi

arrow Ətraflı
Lider olmaq üçün doğulan 5 bürc  Siyahıda siz də varsınız? like
  • 31 İyl 16:17  
Digərləri Lider olmaq üçün doğulan 5 bürc Siyahıda siz də varsınız?

Bəzi insanlar sanki doğulduqları andan etibarən liderliyə uyğundurlar. Ast

arrow Ətraflı
Xoşqədəmin Doğuşa narazı baxışları gündəm oldu like
  • 31 İyl 16:10  
Şou-biznes Xoşqədəmin Doğuşa narazı baxışları gündəm oldu

Aparıcı Xoşqədəm Hidayətqızının qonaq olduğu efirdə narazı baxışla

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 31 İyl 16:01  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib.

arrow Ətraflı