Suriyaya qaz təchizatı layihəsində Qətər dövlətinin mühüm töhfəsi var
Digərləri 02 Avq 2025 12:30:00 61 0
Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Azərbaycan, Türkiyə və Qətər regionda dayanıqlı sülhün bərqərar olmasında maraqlıdırlar və bu istiqamətdə birgə fəaliyyət göstərirlər.
Trend xəbər verir ki, müvafiq qaz alqı-satqı müqaviləsi və Türkiyə tərəfi ilə Svop razılaşması çərçivəsində Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur.
Qeyd edək ki, bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200-1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat

Yay mövsümü ailələr üçün səyahət vaxtıdır, amma uşaqla tətilə ç

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümu

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi "QAZ-3302" markalı

Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva vəfat edib.

Şokolad milyonlarla insanın sevdiyi dadlı ləzzətdir. Kiçik bir parça tün

Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiy

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda yerləşən əyləncə məka

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərh

Yaxın Şərq onilliklər boyu müəyyən geosiyasi sabitliklərə əsaslanırd

Amerikalı müğənni və model Paris Cekson nişanlısı, prodüser Castin Lonq

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qa
