5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür


Digərləri 05 Avq 2025 00:10:00 77 0

5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust - Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.

Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmışdır.

1919-cu ilin yayında ingilislər Bakını tərk etdikdən sonra şəhər limanının idarəsi və hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verilmişdir. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunmuşdur. Azərbaycan hökumətinin bu addımı ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm rol oynamışdır.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun rəhbərlik etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu və simsiz teleqraf qurğuları almışdır.

Azərbaycan hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılmasına kömək etmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etmişdir. "Astrabad", "Qars" və "Ərdəhan" hərbi gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırılmışdır.

Lakin aprel işğalı nəticəsində hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları həyata keçirilməmişdir. Bolşeviklərin gəlişi ilə Azərbaycan Hərbi Donanması ləğv olunmuşdur.

SSRİ-nin dağılması ilə Azərbaycanda hərbi-dəniz donanmasının yaradılması üçün şərait yaranmışdır. 1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası təsis olunmuşdur. Xəzər Hərbi Dəniz Donanmasının 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə verilmişdir.

1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılmışdır. Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. Bu gün, Azərbaycanın hərbi donanmasının tarixini, nailiyyətlərini və gələcək perspektivlərini xatırlamaq və təqdir etmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Səbail rayonunda güclü yanğın başlayıb, bir küçə işıqsız qalıb like
  • 05 Avq 00:02  
Digərləri Səbail rayonunda güclü yanğın başlayıb, bir küçə işıqsız qalıb

Bakı şəhəri, Səbail rayonunun Buxta küçəsində transformatorda güclü y

arrow Ətraflı
Günün qoroskopu: dostlar, kollektivlər və gələcək planlar önə çıxır like
  • 05 Avq 00:01  
Digərləri Günün qoroskopu: dostlar, kollektivlər və gələcək planlar önə çıxır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 04 Avq 23:45  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı

arrow Ətraflı
“Qadın tənha olanda diqqət cəlb etmək üçün hər yola əl atır” like
  • 04 Avq 23:15  
Şou-biznes “Qadın tənha olanda diqqət cəlb etmək üçün hər yola əl atır”

Teleaparıcı Rövşanə Ağasəfqız Baku TV-nin "Qapqara" verilişin

arrow Ətraflı
Bu xiyarlar bankada partlaya bilər like
  • 04 Avq 23:00  
Digərləri Bu xiyarlar bankada partlaya bilər

Əgər konserv üçün düzgün tərəvəz seçilməzsə, qış üçün hazırla

arrow Ətraflı
Bu ölkədə 10 milyon dollar dəyərində "Samsung" oğurlandı like
  • 04 Avq 22:45  
Dünya Bu ölkədə 10 milyon dollar dəyərində "Samsung" oğurlandı

"Samsung"-un ən son qatlanan smartfonlarının, təxminən 12 000 cih

arrow Ətraflı
Alman qırıcıları Polşanın hava məkanında patrul həyata keçirəcək like
  • 04 Avq 22:30  
Dünya Alman qırıcıları Polşanın hava məkanında patrul həyata keçirəcək

Almaniya hərbi hava qüvvələri Polşaya 5 ədəd "Eurofighter" qır

arrow Ətraflı
16 yaşlı itkin qızın ailəsindən açıqlama: "Dedi ki, daha sənin kimi anam yoxdur" like
  • 04 Avq 22:15  
Digərləri 16 yaşlı itkin qızın ailəsindən açıqlama: "Dedi ki, daha sənin kimi anam yoxdur"

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsin

arrow Ətraflı
Valideynlərin nəzərinə!  Sabah 18:00da bitəcək like
  • 04 Avq 22:00  
Digərləri Valideynlərin nəzərinə! Sabah 18:00da bitəcək

Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start

arrow Ətraflı
Təranə Muradova yubileyinə hazırlaşır  FOTO like
  • 04 Avq 21:57  
Kriminal Təranə Muradova yubileyinə hazırlaşır FOTO

Tanınmış xoreoqraf, Azərbaycanın və dünya xalqlarının rəqslərinin ifa

arrow Ətraflı
Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edildi like
  • 04 Avq 21:40  
Digərləri Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edildi

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Ş

arrow Ətraflı
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə veriblər  FOTO like
  • 04 Avq 21:29  
Digərləri Əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə veriblər FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Qusman yeni vəzifəyə təyin olunub?  Özü açıqladı like
  • 04 Avq 21:25  
Digərləri Qusman yeni vəzifəyə təyin olunub? Özü açıqladı

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci mü

arrow Ətraflı
Bakıda iki uşağı ilə hotelə görüşə gedən qadını kişi eyvandan atdı  Cinayət işi  FOTO like
  • 04 Avq 21:10  
Kriminal Bakıda iki uşağı ilə hotelə görüşə gedən qadını kişi eyvandan atdı Cinayət işi FOTO

2023-cü il fevralın 16-da Şükür Qənbərov 22-ci Polis Bölməsinə gələr

arrow Ətraflı
Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit? like
  • 04 Avq 20:55  
Digərləri Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit?

Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçün kredit

arrow Ətraflı