İstehlak kreditlərinə də limit qoyula bilər? AÇIQLAMA
Digərləri 07 Avq 2025 15:17:00 435 0
Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. AMB-nin yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması, eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədilə aparıldığı bildirilib.
Bu xəbəri də oxu: Faciəvi şəkildə ölən 21 yaşlı Kəmalənin
Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır.
Belə halda adi istehlak kreditlərinə də limitlərin tətbiq olunması məsələsi gündəmə gəlir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elşad Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, kredit kartlarına limitlərin tətbiqi əhalinin həddən artıq borclanmasının qarşısını almağa, eyni zamanda bankların dayanıqlı fəaliyyəti baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, borclanma artdıqca və borclanma çərçivəsində geri qaytarıla bilməyən borcların payı yüksəldikcə, bu bank sektoruna mənfi təsir göstərmək riski daşıyır.
"Xüsusilə istehlak kreditləri kimi, yerli istehsaldan daha çox idxalı stimullaşdıran kredit xətləri üzrə məhdudiyyətlərin tətbiqi bu baxımdan başa düşüləndir. Lakin əgər biz idxalı stimullaşdıran kreditləri məhdudlaşdırırıqsa, paralel olaraq daxili istehsalı təşviq edən kreditləri dəstəkləməliyik".
İqtisadçı ekspert əlavə edib ki, bu məsələdə təkcə məhdudlaşdırıcı tədbirlərlə kifayətlənmək doğru olmaz:
"Eyni zamanda yerli istehsalı stimullaşdıran kredit xətlərinin dəstəklənməsi prosesi də həyata keçirilməlidir. Bunun üçün kredit siyasətində müvafiq sahələr üzrə yumşaldılmalar aparılmalı, yerli istehsala yönəlik investisiyaları təşviq edən kredit xətləri daha əlverişli, yəni yumşaq şərtlərlə təqdim edilməlidir".
Sonda E.Məmmədov onu da qeyd edib ki, pul-kredit siyasəti kompleks, çoxşaxəli və sistemli yanaşma əsasında reallaşdırılmalıdır.
"Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Şt
Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 av
3I/ATLAS obyektinin yadplanetli mənşəli olması ilə bağlı fərziyyə müba
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlayıb ki, Dəmə
1962-ci il istehsalı olan yeganə ağ rəngli Ferrari 250 GTO - Bianco Speciale
Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə
Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş
Latın cazı və salsa musiqisinin yenilikçi simalarından biri, Qremmi mükafa
Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib. Son.az xəbər v
2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəs
Xəbər verdiyimiz kimi, ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazı
Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləm
Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Ryukyu adalarında 5.9 bal g
