Rəqsanə buna görə həbs olunub İş adamını azadlığa buraxdıracaqmış TƏFƏRRÜAT
Digərləri 17 Avq 2025 12:30:00 66 0
Xəbər verdiyimiz kimi, Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu xəbəri də oxu: Şəkidə yol qəzası baş verib, ölən var
Son.az-ın əldə etdiyi məlumata görə, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.
Belə ki, həmin iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər.
Müğənni isə bu pulla Rusiyada həbsə olan işadamını azadlığa buraxdıracağına söz verib. 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.
Daha sonra həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.
Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.
Yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.

2025-ci il ədəbiyyat dünyasında yeniliklər və maraqlı əsərlərlə dolu

Avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Bakı vaxtı ilə saat 02:38-də

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti P

Qazaxıstan bu il ilk dəfə hazırlanmış meteoroloji raketin uçuş sınaqlar

Payız dəyişikliklərin və yenilənmələrin fəsilidir. 2025-ci ilin payız

Yumşaq, ətirli və şokoladlı... Bu keks, xüsusilə səhər çaylarının v

Yeni dərs ili yaxınlaşır və həm valideynlər, həm də şagirdlər üçün

Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya Kralı III Çar

Ağ Ev rəhbəri Donald Tramp Volodimir Zelenski və Avropa liderləri ilə təm

İranın xarici işlər naziri Seyid Abbas Arakçı İran Prezidenti Məsud Peze

2025-ci ilin payızı astroloji baxımdan dinamik, dəyişikliklərlə dolu və
