Güclü maqnit qasırğası gəlir: Hansi günlər risklidir?
Digərləri 19 Avq 2025 05:05:00 230 0
Avqustun 19-da Yer kürəsini bu ayın ikinci maqnit qasırğası vuracaq.
Bu xəbəri də oxu: Ağstafada faciəvi şəkildə ölən müəllimin həmkarları DANIŞDI
Son.az xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Orta gücdə olacağı bildirilən qasırğa 1-2 gün davam edəcək. Səbəb Günəşdə yarım milyon kilometr ölçüsündə tac dəliyinin yaranmasıdır.
Günəş küləyinin sürətinin saniyədə 800-900 km-ə qədər artacağı, ən güclü təsirin isə çərşənbə axşamı hiss olunacağı gözlənilir.
Bu cür qasırğalar zəifdən güclüyə qədər müxtəlif səviyyələrdə olur. K-indeksi 5-dən yuxarı olan qasırğalar isə artıq insanlarda narahatlıq yarada bilər.
Maqnit qasırğası insanlara necə təsir edir?
Maqnit aktivliyi hər kəsə fərqli şəkildə təsir edə bilər. Lakin tez-tez rast gəlinən əlamətlər bunlardır:
Baş ağrısı və başgicəllənmə
Miqren və ürəkbulanma
Qan təzyiqində dəyişikliklər
Ümumi zəiflik və yuxululuq
Yuxusuzluq və tez yorulma
Konsentrasiya problemi və əsəbilik
Hisslərin artması, emosional dalğalanmalar
Xroniki xəstəliklərin kəskinləşməsi
Xüsusilə hava dəyişikliklərinə həssas insanlar, yaşlılar, hamilə qadınlar, uşaqlar və ürək-damar sistemi xəstəlikləri olanlar daha çox risk altındadır.
Özümüzü necə qoruyaq?
Həkimlər bu günlərdə aşağıdakı sadə, lakin effektiv tövsiyələri verir:
Gecə saat 23:00-dan gec olmayaraq yatmaq və 7-9 saatlıq keyfiyyətli yuxu
Nizamlı və balanslı qidalanma
Kifayət qədər su içmək
Qəhvə, enerji içkiləri, alkoqol və ağır yeməklərdən uzaq durmaq
Stress, mübahisə və güclü emosional gərginlikdən qaçmaq
Həm fiziki, həm psixoloji yüklənməni azaltmaq
Mütənasib fiziki aktivlik və təmiz havada gəzinti
Elektron cihazlardan və ekranlardan axşam saatlarında az istifadə
Xroniki xəstələr üçün təzyiq və ümumi sağlamlıq nəzarəti
Əgər vəziyyətiniz pisləşərsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur.
Asya Son.az
Keçən il Azərbaycanda bir yaşa qədər körpələr arasında ən çox tənə
Azərbaycanda kişilərin çoxunun problemlərindən biri olan erkən eyakulyasi
Düzgün qidalanma vərdişləri və bir neçə sadə texnika artıq yeməyin qa
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng etmək
Son.az musavat.com-a istinadən bildirir ki, Tramp Azərbaycan və Ermənistanda
Dəmir çatışmazlığı arıqlama prosesini çətinləşdirə bilər, çünki
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ankoricdəki görüş zamanı Rusiya P
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampa Ukraynanın
Müğənni Günel Zeynalova ilə türk aparıcı Burcu Esmersoy arasında qalmaq
İran Prezidenti Məsud Pezeşkian İrəvanda Göy Məscidi (Hüseynəli xan mə
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya lideri Vladimir Putin Ukrayna
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Almaniya kansleri Frdrix Merz Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna
Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklə
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezid
