Sovet dövründən qalan sənədsiz evlərə "kupça" verilir
Digərləri 19 Avq 2025 10:20:00 89 0
Bir müddətdir ki, Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyat prosesi sadələşdirilib.
Bu xəbəri də oxu: Tiktokerlərin bu sözləri Kembric lüğətinə daxil edilir
Son.az xəbər verir ki, hələ də bəzi vətəndaşlar bu prosesin necə olduğu halda məlumatsızdırlar.
Bəs proses qaydası necə tənzimlənir?
Sovet dönəmində Xalq Deputatları Soveti tərəfindən verilmiş qərarlar əsasında torpaq sahəsi əldə etmiş şəxslərin mülkiyyət hüquqları qanunla tanınacaq. Həmin torpaqlarda 35-40 il əvvəl inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkün olacaq. Əgər torpaq sahəsi 2001-ci ildən əvvəl istifadə olunubsa və müvafiq ilkin sənədlər mövcuddursa, bu zaman sənədlərdə göstərilən göstəricilər (məsələn, evin sahəsi) real vəziyyətdən fərqli olsa belə, faktiki istifadə edilən ölçü əsas götürüləcək.Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçiriləcək.
Kimlərə aid edilmir?
Bu güzəşt yalnız Sovet dövründən miras qalmış rəsmi sənədlərə əsaslanan evlərə şamil edilir. Yəni 1995-ci ildən sonra, xüsusilə də bələdiyyələrdən yalnız kağız şəklində torpaq sahəsi əldə etmiş və hər hansı arxiv sənədi olmayan şəxslər bu mərhələdə prosesdən yararlana bilmirlər. Bu isə o deməkdir ki, Abşeron yarımadasında yerləşən təxminən 500 min sənədsiz evin əksəriyyəti hələ də hüquqi baxımdan qeydiyyatdan kənarda qalır. Bununla belə, mütəxəssislərin fikrincə, yeni qərar ən azı 150-200 min ailənin mülkiyyətlə bağlı uzunmüddətli problemini həll etmək potensialına malikdir ki, bu da əhəmiyyətli göstəricidir.
Asya Son.az
Rusiyada rəssamlıq universitetinin üç tələbə qızı xristian məbədini

Avropanın müdafiə sənayesində "strateji müstəqillik vitrini" ki

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni

Dondurmanın qaraciyərə zərərli təsiri barədə xəbərdarlıq edilib.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət olunan çimərliklərdə

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi t

Yay aylarında süfrələrin bəzəyi olan qarpızla bağlı tez-tez rast gəlin

Kaliforniyanin (ABŞ) Stenford Universitetinin alimləri iflic olan insanların

Qida bazarında ən çox saxtalaşdırılan məhsullar arasında bal, zeytun ya

Avqustun 19-da Yer kürəsini bu ayın ikinci maqnit qasırğası vuracaq.

Keçən il Azərbaycanda bir yaşa qədər körpələr arasında ən çox tənə

Azərbaycanda kişilərin çoxunun problemlərindən biri olan erkən eyakulyasi
