Bu ilin sonuna dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılıb


Digərləri 19 Avq 2025 19:35:00 71 0

Bu ilin sonuna dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılıb

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,2 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836,0 milyon manat və ya 2,2 faiz çoxdur.

Bu barədə Son.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi vəya 19,2 milyard manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19,9 milyard manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470,0 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366,0 milyon manat və ya 1,9 faiz artması gözlənilir. Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16,3 milyard manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6,6 milyard manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14,5 milyard manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680,0 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1,1 milyard manatı vəya 2,8 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16,3 milyard manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820,0 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4,3 milyard manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1,8 milyard manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini vəya 2,1 milyard manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir. 2025-ci ildövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313,0 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların 600,0 milyon manat və ya 40,0 faiz artacağı gözlənilir.2 025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350,0 milyon manat və ya 3,0 faiz çoxdur. Cari ilin yanvar-iyun ayları üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat vəya 5,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat vəya 3,5 faiz, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 faiz çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaradıb.

"2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 680,0 min manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəricidən 200,0 min manat vəya 22,7faiz az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40,0 min manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6,0 min manat vəya 17,6 faiz çox, sair daxilolmaların isə 1,1 milyard manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə(861,0 milyon manat) müqayisədə 210,0 milyon manat və ya 24,4 faiz artım təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmaları (6,6 milyard manat), Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (14,5 milyard manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir", - məlumatda qeyd edilib.

Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 19 Avq 19:34  
Siyasət Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Y

arrow Ətraflı
Oğlunun dəfn olunduğu gün vəfat etdi like
  • 19 Avq 19:28  
Digərləri Oğlunun dəfn olunduğu gün vəfat etdi

Yardımlı rayonunun Anzov kənd sakini, şəhid Seymur Bəbirovun atası Bədir

arrow Ətraflı
Bu bürclər yaxşı xəbər eşidəcək, sevincdən ağlayacaqlar like
  • 19 Avq 19:25  
Digərləri Bu bürclər yaxşı xəbər eşidəcək, sevincdən ağlayacaqlar

Yaxın günlərdə Çin ulduz falının 5 bürcünün nümayəndələri inanılm

arrow Ətraflı
Putin Zelenski ilə görüş üçün yer təklif etdi like
  • 19 Avq 19:15  
Dünya Putin Zelenski ilə görüş üçün yer təklif etdi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüş

arrow Ətraflı
DİN BNMİdən növbəti əməliyyatlar  Saxlanılanlar var like
  • 19 Avq 19:01  
Kriminal DİN BNMİdən növbəti əməliyyatlar Saxlanılanlar var

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind

arrow Ətraflı
Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb like
  • 19 Avq 18:37  
Digərləri Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb

2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsind

arrow Ətraflı
Rəqsanənin səhhətində problem var  AÇIQLAMA like
  • 19 Avq 18:31  
Şou-biznes Rəqsanənin səhhətində problem var AÇIQLAMA

Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladında

arrow Ətraflı
Ağ Evin sözçüsü Azərbaycanın ABŞdəki səfirinin müsahibəsini paylaşıb like
  • 19 Avq 18:26  
Siyasət Ağ Evin sözçüsü Azərbaycanın ABŞdəki səfirinin müsahibəsini paylaşıb

Ağ Evin sözçüsü Karolin Leavit özünün "X" hesabında Azərbayc

arrow Ətraflı
Saç ustası olduğu deyilən həkimin qeyrietik görüntüləri: Rəqs edib, "qılınclaşdılar" like
  • 19 Avq 18:20  
Digərləri Saç ustası olduğu deyilən həkimin qeyrietik görüntüləri: Rəqs edib, "qılınclaşdılar"

Bakıda liposaksiya prosesini icra edən şəxsin peşə fəaliyyətinə zidd ol

arrow Ətraflı
Müasir Bakının görməli yerləri fonunda rəqs sənəti – WADF like
  • 19 Avq 18:07  
Kriminal Müasir Bakının görməli yerləri fonunda rəqs sənəti – WADF

Dünya və beynəlxalq yarışların dəfələrlə qalibi, Azərbaycan Rəqs İt

arrow Ətraflı
"Go!" içib "Mərkəzi Bazar"a getdilər, 1300 manatlıq siqaret oğurladılar like
  • 19 Avq 17:56  
Digərləri "Go!" içib "Mərkəzi Bazar"a getdilər, 1300 manatlıq siqaret oğurladılar

Mingəçevirdə fəaliyyət göstərən "Mərkəzi Bazar"da oğurluq h

arrow Ətraflı
Azərbaycan icması rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi like
  • 19 Avq 17:41  
Digərləri Azərbaycan icması rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

Rusiyanın Çelyabinsk bölgəsində yaşayan Azərbaycan icmasının rəhbəri

arrow Ətraflı
Binəqədidə avtobus dayanacağına ziyan vuran şəxs saxlanılıb like
  • 19 Avq 17:30  
Digərləri Binəqədidə avtobus dayanacağına ziyan vuran şəxs saxlanılıb

Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və

arrow Ətraflı
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadıldı like
  • 19 Avq 17:16  
Digərləri Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadıldı

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

arrow Ətraflı