Azərbaycanda "dönər qətliamları": Bu, nə qədər davam edəcək?
Digərləri 21 Avq 2025 16:38:00 252 0
"Dönər bu gündən sabaha qaldısa, onu hansı şəraitdə saxlayırsan-saxla, çirklənir. Bu gündən sabah qalan dönərlər satışa yararsızdır".
Bu xəbəri də oxu: Ağır QƏZA: ölən və yaralananlar var
Son.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Şəmkir rayonunda 20 nəfərin dönərdən zəhərlənməsinin səbəblərindən danışarkən deyib. Sədr bütün dünyada qida zəhərlənməsinin mövcud olduğunu xatırladıb:
"Azərbaycan da bundan geri qalmır. Qida Təhlükəsizliyi Agentliyinin rəsmi statistikasına baxsaq, Azərbaycanda zəhərlənmə ümumdünya göstəricisindən 1400 dəfə azdır. Bu, yalançı statistikadır. Aidiyyatı qurumlar bu yalançı statistikaya baxıb həzz alırlar. Məhşur iqtisadçı Adam Smit deyir ki, mən 3 yalan tanıyıram - yalan, ağ yalan və statistika... Mətbuatdan oxuduğumuz zəhərlənmələri üst-üstə gəlsək, görəcəyik ki, dünya statistikasına uyğundur".
Sədr bunun köklü səbəbini belə açıqlayıb:
"Azərbaycan istehlakçı hüquqları bərbad vəziyyətdədir. Təsadüfü deyil ki, bu ilin martın 3-də Milli Məclisdə Ombudsmanın 101 səhifəlik illik hesabatı dinlənilib. Mən də həmin iclasdaydım, orada bir kəlmə də olsun istehlakçı sözü yoxdur. İstehlakçı hüququna insan hüququnun tərkib hissəsi kimi baxılmır. Elə həmin günü 15 nəfər spirtli içki qəbul edib ölmüşdü. Bunu mən Milli Məclisdə səsləndirdim. İstehlakçı hüquqlarına insan hüquqlarının tərkib hissəsi kimi baxılmır və 1995-ci ildə qəbul olunan istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun dəyişdirilmir. Üstəlik Qida Təhlükəsizliyi Agentliyinin apardığı iş zəruri olsa da, kafi deyil. Yəni gedirlər yoxlayırlar, elə bir sənəd qoymurlar ki, istehlakçı onu soruşanda bilsin ki, AQTA bura nəzarət edir. Heç kəs deyə bilməz ki, dönərxanaların divarında asılan kağızlar orada bişən dönərə aiddir, ya yox. Təsadüfi deyil ki, neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi regionlardan at, eşşək, ölmüş heyvan ətlərinin Bakıya daşınmasını ifşa və "Leş Tofiq" kimi birini həbs etdi".
Eyyub Hüseynov DİN-ə geniş səlahiyyətlərin verilməsinin vacibliyini vurğulayıb:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bild
Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliy
Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbir
Xalq artisti Mənsum İbrahimov və həyat yoldaşı ilə evlilik ildönümünü
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəh
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirin
Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində
Azərbaycanla Pakistanın tərəfdaşlığı artıq sadəcə diplomatik jestlər
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri
"Mən yox, bu utancı onlar yaşamalıdır”
