“Formula 1”in Azərbaycanda turizmə təsiri: Hansı sahələrdə yeni imkanlar yaranır?
Digərləri 02 Sen 2025 22:23:00 289 0
Dünya üzrə yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan "Formula 1"in Bakıda keçirilməsi Azərbaycanın tanıdılması və imicinin formalaşması işinə öz müsbət töhfəsini verir.
Bu xəbəri də oxu: Bakıda su anbarına düşən şəxs xilas olundu
Yarışdan əvvəl və yarış müddətində ölkəmizə çoxsaylı azarkeşlərlə yanaşı, beynəlxalq media nümayəndələri də gəlir ki, bu da ölkənin və paytaxtın tanıdılması üçün əlverişli imkandır.
Trend-in xəbərinə görə, yarış dünyanın bir çox ölkələrində canlı yayımlanır və bununla da qısa müddət ərzində xeyli sayda insan Azərbaycan haqqında məlumat alır.
Dövlət Turizm Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Formula 1"in turizmə təsiri yalnız cari olaraq yarışlara gələn azarkeşlərin sayı ilə ölçülməməlidir.
"Bütövlükdə "Formula 1" kimi beynəlxalq tədbirlər həm də uzunmüddətli planda turizmin inkişafına öz töhfəsini verir, iqtisadi baxımdan iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində canlanma yaradır. Bu kimi irimiqyaslı beynəlxalq tədbirlər ərəfəsində və müddətində Azərbaycanda turizm sənayesi ilə birbaşa və dolayı yolla əlaqəli kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaranır", - deyə Agentliyinin məlumatda vurğulanıb.
Qeyd edilib ki, ilboyu Dövlət Turizm Agentliyi tərəfindən bütün beynəlxalq tədbirlərdə və sərgilərdə ölkəmizin turizm potensialının, müxtəlif turizm məhsullarının, eləcə də "Formula 1" yarışlarının təbliğatı aparılır. Son.az
3 sentyabr tarixində saat 08:00-dan etibarən, Xəqani küçəsi ilə Bülbül
Sentyabrın 2-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər N
2025-ci ilin iyul ayı nəticələrinə görə Avropada ən populyar 10 avtomob
2025-ci ilin yanvar-avqust aylarında yeni doğulan körpələrə ən çox hans
Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyatdan sonra ilk dəfə
Ev şəraitində hazırlanmış konserv və kolbasalardan botulizm infeksiyasın
Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə
Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində İran Prezidenti Məsud
İnfluenser Nagehan Abdullayeva keçmiş həyat yoldaşı Fərid Abdullayevlə b
Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tə
Doymuş yağlarla zəngin qidaların qəbulu beyin damarlarının funksiyasın
Xəbər verdiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərç
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
Rusiyanın Tümen şəhərində gömrükçülər ölkədən külli miqdarda bəy
