Meteor yağışı gözlənilir Azərbaycandan da müşahidə edilə bilər
Digərləri 02 Okt 2025 12:41:00 151 0
Oktyabrın 2-dən 7-dək Orionid meteor yağışı aktiv olacaq.
Bu xəbəri də oxu: Zabil Qəhrəmanov məhkəməyə gətirildi
Son.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, drionid meteor yağışının pik dövrü isə oktyabrın 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək:
"Bu zaman Orion bürcü gecəyarıdan sonra üfüqdən qalxır və müşahidələr üçün ən əlverişli vaxt yaranır. Əgər hava şəraiti aydın olarsa, Azərbaycan səmasında da bu hadisəni rahatlıqla izləmək mümkün olacaq.
Orionidlər payız gecələrinin ən parlaq və sürətli meteor yağışlarından biridir. Mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Bu komet minilliklər ərzində arxasında toz və daş hissəciklərindən ibarət uzun iz buraxıb. Yer hər il bu izdən keçəndə hissəciklər atmosferdə yanaraq parlaq işıq zolaqları əmələ gətirir.
Orionidlərin əsas xüsusiyyəti onların çox sürətli olmasıdır. Meteorların sürəti təxminən 66 km/san-dir. Buna görə də onların səmada buraxdığı izlər qısa, lakin çox parlaq olur".
Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyəl
Oktyabrın 2-də Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Keçmiş əri Oktay Əhmədovla qalmaqal yaşayan bloger Aysel Şükür yeni vid
Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakıda "məktəbli avtobusları
"Azərbaycan bunu "Zəngəzur dəhlizi" adlandırmaq istəyir - Q
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagendə k
Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham ol
2025-ci ilin yazında Avropa İttifaqı və BMT tərəfindən İrana qarşı san
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Qəzzada münaqişəni son
Paytaxtın Dərnəgül ərazisində Şahmar Ələkbərov küçəsinin arxa hiss
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham
Dərman vasitələri və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ö
