Azərbaycanda "halal faizsiz kredit"lər olacaq Bəs necə veriləcək? AÇIQLAMA
Digərləri 15 Okt 2025 12:05:00 143 0
Azərbaycanda şəriət normalarına uyğun fəaliyyət göstərən İslam banklarının yaradılması istiqamətində mühüm addımlar atılır. Bu, ölkədə faizsiz maliyyə sisteminin inkişafına ciddi təkan verəcək və maliyyə sektorunda yeni imkanlar açacaq.
Bu xəbəri də oxu: PKKdan Türkiyə ilə bağlı vacib
İqtisadçı ekspert Sədrəddin Ağcayev açıqlamasında bildirib ki, hazırda Azərbaycanda tamamilə İslam prinsiplərinə uyğun işləyən bank və ya 'İslam pəncərəsi' xidməti təklif edən bank yoxdur.
"Lakin əhalinin böyük hissəsinin İslam dininə etiqad etdiyini nəzərə alsaq, bu istiqamətdə marağın yüksək olacağı gözləniləndir", - deyə qeyd edib.
Onun sözlərinə görə, dövlət qurumları İslam maliyyə sisteminin inkişafı üçün tənzimləyici tədbirlər hazırlayır.
"Bu tədbirlər Mülki Məcəllə, "Banklar haqqında" qanun və Vergi Məcəlləsinə dəyişiklikləri əhatə edəcək. Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir ki, bu da yeni maliyyə məhsullarının rəqabət qabiliyyətini artıracaq. Sədrəddin Ağcayev qeyd edib:
Normativ baza formalaşdıqdan sonra ənənəvi banklar 'İslam pəncərələri' vasitəsilə şəriət prinsiplərinə uyğun xidmətlər təklif edə biləcəklər. Bu pəncərələr müştərilərə faizsiz maliyyə məhsulları, məsələn, murabaha (satış) və icara (icarə) modelləri üzrə maliyyələşmə imkanları təqdim edəcək", - deyə bildirib.
İslam bankçılığı banklara və iqtisadiyyata nə vəd edir?
Planlaşdırılan "İslam pəncərələri" banklar üçün yeni gəlir mənbələri yaradacaq, eyni zamanda maliyyə sisteminə şəffaflıq, sosial məsuliyyət və etik dəyərlər gətirəcək. Ekspertin fikrincə, bu model iqtisadiyyatın müxtəlif seqmentləri üçün əlçatan maliyyə xidmətləri təmin edərək, inklüzivliyi artıracaq.İslam bankçılığı necə qazanc əldə edir?
İslam bankçılığında bankların gəliri faizdən deyil, real ticarət əməliyyatlarından formalaşır. Sədrəddin Ağcayev bunu sadə bir nümunə ilə izah edir:
"Müştəri, məsələn, avtomobil almaq istəyir. Bank həmin avtomobili satıcıdan alır və müştəriyə müəyyən mənfəətlə, tutaq ki, 10% qazanc əlavə edərək satır. Müştəri isə bu məbləği banka hissə-hissə ödəyir. Beləliklə, bank real ticarət əməliyyatından qazanc əldə edir."
İslam bankçılığının potensialı
Ekspert hesab edir ki, Azərbaycanda İslam maliyyə məhsulları təklif edən bankın aktivlərinin ümumi portfeli, məsələn, 500 milyon AZN olarsa, aktivlərin gəlirliliyi (ROA) təxminən 5% səviyyəsində olarsa, bu, illik 25 milyon AZN mənfəət deməkdir (xərclər çıxıldıqdan sonra).
"Bazar şərtləri, risklər, əməliyyat xərcləri və tənzimləyici mühit əlverişli olarsa, İslam kreditləşməsi əsasında gəlirlilik yüksək ola bilər", - Ağcayev vurğuladı.
Azərbaycanda İslam bankçılığının inkişafı maliyyə sektoruna yeni nəfəs gətirəcək, həm banklar, həm də müştərilər üçün alternativ və etik maliyyə həlləri təqdim edəcək. Bu addımlar həm yerli bazarda, həm də beynəlxalq səviyyədə ölkənin maliyyə sektorunun cəlbediciliyini artıracaq.
Bakının Nəsimi rayonunda baş verən hadisə sürücüləri çətin vəziyyə
Parlaq yaşamaq istəyən hər kəs üçün qapılarını açan və qadın sağl
Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 3-cü rübü üçün
Rusiyada palma yağının istifadəsinə məhdudiyyət qoyula bilər.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, aka
Ermənistanda hüquq-mühafizə orqanları daha bir din xadimi, Priest Pareni sa
Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin ətrafınd
Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin yerləşdirildiyi xidm
Babək rayonunda tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanıl
HƏMAS-ın dörd israilli məhbusun cəsədlərini təhvil verməsindən sonra
2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan
Aparıcı Aytəkin Mərdanova rəqqasə Fatimə Fətəliyeva ilə birgə paylaş
Bu gün Xankəndi şəhərində III Milli Şəhərsalma Forumu öz işinə başl
Qazaxıstanın qərb bölgəsində şok hadisə baş verib.
Yardımlı rayonunun Şıxlar kənd orta məktəbində bir sinfin fəaliyyətin
