“Ən çox sovet dövründəki günlərimin həsrətini çəkirəm” – 91 yaşlı Ceyran Həşimova
Şou-biznes 17 Okt 2025 00:51:00 142 0
Musavat.com-un növbəti həmsöhbəti tarzən, Azərbaycanın Xalq artisti, "Lalə" qızlar ansamblının yaradıcısı Ceyran Həşimovadır. 91 yaşlı sənətkarla söhbətimizə səhhətindən danışmaqla başladıq:
Bu xəbəri də oxu: "Axmaq deyib, lağa qoyurdular" Bekhemdən etiraf FOTO
-Havalar mənə pis təsir edir. Ürək təzyiqim düşür, qalxmır, qan təzyiqim isə yüksək olur. Bütün günü dərmanlar içirəm. Belədir də, yaş öz işini görür. İstər - istəməz soyuq havalarda lap çox əziyyət çəkirəm. Bu günə kimi yaşamışam, həyatdayam, min şükür. Heç yerə gedə bilmirəm, evdə oluram. Televiziyalardan zəng edib, məni efirlərə dəvət edirlər. Sağ olsunlar ancaq səhhətimlə bağlı gedə bilmirəm. Unudulmuram, bu, mənə xoş gəlir. Zəhmətim hədər getmədi.
-Tək yaşmaq sizin üçün çətin olar. Qayğınıza kim qalır?
-Oğlum gəlir, gəlinim baxır, nəvələrim məni yoxlayır. Hamısından razıyam. Onlara elə tərbiyə vermişəm ki, böyüyü unutmazlar. Ansamblın qızları gəlib baş çəkirlər. Rəhilə Bəndəliyeva, tarzən Elmira, Ruhəngiz Allahverdiyeva tez-tez gəlib məni görürlər. Heç kimdən incimirəm, indi elə zəmanədir ki, hər kəsin başı özünə qarışıb. Gələn də, gəlməyən də sağ olsun. İndi adamın heç öz yaxın bacısı, qardaşı gəlib ona dəyə bilmir, hamı işində, gücündədir. Oğlum, gəlinim sağ olsunlar. Mən onlara yaxşı olmuşam, onlar da bunun qarşılığını verirlər.
-İncəsənətimizdə yarpaq tökümü baş verir. Sevilən sənətkarlarımız bir-bir həyatdan gedirlər. Ötən gün də tarzən Ramiz Quliyevi itirdik.
-Çox gözəl tarzən idi. Onunla heç vaxt yaxınlığım olmayıb, amma sənətini bəyənmişəm. Pandemiya sənət adamlarını ard-arda apardı. Nə qədər gözəl sənətkarımız dünyadan köçdü.
-İndiki musiqimizi, sənətimizi izləyirsinizmi?
-Sənət o vaxtlar var idi. İndi isə sənətə qiymət verən yoxdur. İndi televiziyalara elə adamları dəvət edirlər ki, adam deyir bunu nəyə görə buraya çağırıblar?
Nisə Qasımova, Rəhilə Bəndəliyeva, Kəmalə Rəhimli, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva kimi tələbələrim olub. O dövrdə əsil sənət var idi. Təsəvvür edin ki, mən 15 il kirayədə yaşamışam. Lakin mən bir dəfə də olsun deməmişəm ki, gedim başqa işlə məşğul olum, pul qazanım. Ancaq sənətlə yaşamışam. Biz sənət fədaisi idik. İndi isə fədai yoxdur.
Böyük Britaniyada 3,000 nəfər "Johnson & Johnson" şirkətinə qar
Careerbliss tərəfindən aparılan araşdırma nəticəsində Türkiyənin ən
Məşhur müğənni Sıla Gençoğlu və aktyor sevgilisi İlker Kaleli, Harbiye
Son illərdə uşaqlarda ekran qarşısında çox vaxt keçirmə, yuxu rejiminin
Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin beşinci ildön
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Mel Gibsonun məşhur "Apokalipsis" filmində baş rolda çıxış ed
Fransanın əfsanəvi aktrisası və müğənnisi 91 yaşlı Bricit Bardo Tulon
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Donald Trampın
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr
Mətbəximizin ayrılmaz məhsullarından olan qiymə - kotletdən makaronlara,
"Xəyanətin ən çox yayılan səbəbi emosional və ya cinsi ehtiyacları
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəd
