Məşhur uşaq pudraları xərçəng yaradır? Minlərlə şikayətçi var
Digərləri 17 Okt 2025 00:45:00 138 0
Böyük Britaniyada 3,000 nəfər "Johnson & Johnson" şirkətinə qarşı 1 milyard funt sterlinq dəyərində iddia qaldırıb.
Bu xəbəri də oxu: Heyvan bazarlarındakı məhdudiyyət nə vaxta kimi davam edəcək?
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb şirkətin məşhur uşaq pudralarının tərkibinin bilərəkdən dəyişdirilməsi ilə bağlı şikayətlərdir.
Çoxsaylı şikayətçilər bildirir ki, şirkətin illərdir satdığı "talk" əsaslı (red.-talk əsaslı pudra-dərini quru və hamar saxlamaq üçün işlədilən, təbii mineral olan talkdan hazırlanan incə tozdur) uşaq pudraları qəsdən "asbest" adlı maddə ilə çirkləndirilib ki, bu da xərçəng riski yaradır.
"İndependent"in məlumatına görə, iddiaçılar arasında yumurtalıq xərçəngi və mezotelyoma xəstəliyinə tutulanlar, həmçinin onkoloji xəstəliklərdən ölən şəxslərin ailə üzvləri var.
Onlar sözügedən məhsuldan 1960-cı illərdən etibarən istifadə etdiklərini bildirirlər. İddianamədə deyilir ki, "Johnson & Johnson" hələ 1960-cı illərdə məhsullarda "asbest" izlərinin mövcudluğunu bilib, amma bu haqda istehlakçılara xəbərdarlıq etməyib.
Məşhur şirkət isə, qeyd olunan iddiaları rədd edir. Bildirilir ki, pudra bütün tənzimləyici standartlara cavab verir, "asbest" tərkibli deyil və xərçəngə səbəb olmur.
O da qeyd olunur ki, "J&J" 2020-ci ildən ABŞ və Kanadada, 2023-cü ildə isə qlobal miqyasda "talk" əsaslı pudranın satışını dayandırıb.
Qeyd edək ki, şirkətlə bağlı öncəki illərdə də bu tipli çoxsaylı şikayətlər və iddialar qaldırılıb.
London Ali Məhkəməsində başlanan işlə bağlı yekun qərar hələ elan olunmayıb.
Məlumat üçün bildirək ki, sözügedən firmanın məhsulları Azərbaycanda da satılır. Son.az
Careerbliss tərəfindən aparılan araşdırma nəticəsində Türkiyənin ən
Məşhur müğənni Sıla Gençoğlu və aktyor sevgilisi İlker Kaleli, Harbiye
Son illərdə uşaqlarda ekran qarşısında çox vaxt keçirmə, yuxu rejiminin
Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin beşinci ildön
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Mel Gibsonun məşhur "Apokalipsis" filmində baş rolda çıxış ed
Fransanın əfsanəvi aktrisası və müğənnisi 91 yaşlı Bricit Bardo Tulon
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Donald Trampın
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr
Mətbəximizin ayrılmaz məhsullarından olan qiymə - kotletdən makaronlara,
"Xəyanətin ən çox yayılan səbəbi emosional və ya cinsi ehtiyacları
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəd
Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlar
