Kamaləddin Qafarov: “Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır”
Digərləri 17 Okt 2025 10:20:00 129 0
"30 illik işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaradılmışdı. Hərbi mütəxəssislərin fikrincə, Füzuli rayonu istiqamətində xüsusilə möhkmləndirilmiş istehkamlar daha çox idi".
Bu xəbəri də oxu: Bəzi çaylardan sel keçəcək
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, sözünə davam edərək bildirib ki, məhz Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu.
"Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin gedişində şanlı ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında daim xüsusi olaraq vurğulayır ki, bu günə görə biz hamımız şəhidlərimizə borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Məhz bu qəhrəmanlıq və fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir. Bu qəhrəmanlığın əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunublar".
“Heç vaxt kasıblığımdan utanmamışam"
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax
Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən, Prezident Ad
Bakının Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.
Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
Rusiyanın Saxalin vilayətinə daxil olan Kuril adaları sahillərində 5,2 maq
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson süni intellektlə əmə
Ulduzlar bu həftə bəzi bürclərə xüsusi dəstək göstərəcək.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
İsti suya əlavə edəcəyiniz sadə bir maddə bağırsaqları zərif şəkild
"Lazım olanda yumruğumla stola möhkəm vurmağım var. Özümü qorumağ
Xəbər verdiyimiz kimi, Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, Ə
Mütəxəssislərin sözlərinə görə, B6, B12, fol turşusu və D vitamini ç
