Doğuşdan sonra qadının bədəni çürüməyə başladı FOTO
Digərləri 18 Okt 2025 12:05:00 137 0
Avstraliyanın Melburn şəhərində 38 yaşlı qadın çox nadir və təhlükəli tibbi vəziyyətlə üzləşib.
Bu xəbəri də oxu: Naxçıvanlı xanımla italyalı bəyin xına mərasimi gündəm oldu
Son.az xəbər verir ki, doğuşdan sonra onun döşündə nekrotik erizipel adlı ağır infeksiya yaranıb və bu, toxumaların qaralaraq çürüməsinə səbəb olub.
Qadın vaxtından əvvəl, 22-ci həftədə doğuş edib. Təxminən 15 gün sonra o, döşündə qara ləkə və ümumi halsızlıq hiss edib və dərhal xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər ona antibiotik müalicəsi təyin ediblər, lakin iki gün keçəndən sonra vəziyyəti daha da pisləşib.
Həkimlər nekrotizəedici fassit adlı sürətlə yayılan bakterial infeksiyadan şübhələniblər. Bu infeksiya dəri və birləşdirici toxumaları dağıdaraq bəzən ölümcül nəticə verir.
İki həftə sonra qadında quru nekroz, yəni qan dövranının pozulması səbəbindən toxumaların ölməsi müşahidə olunub. O, bir neçə dəfə əməliyyat olunub, əvvəlcə çürümüş hissələr çıxarılıb, daha sonra isə dəri köçürülməsi əməliyyatı həyata keçirilib.
Bir ay sonra qadının yarası tam sağalıb, o, tam bərpa olunub və hazırda heç bir sağlamlıq problemi yoxdur. Həkimlər bildiriblər ki, belə hallar doğuşdan sonrakı dövrdə çox nadir baş verir və bu hadisə artıq elmi jurnal məqaləsinə çevrilib.
İsmayıl Son.az
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika əhəmi
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası
Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlə
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dər
Astroloqların proqnozlarına görə, oktyabr ayı bəzi bürclər üçün xüsu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət s
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfir
Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar...
Türkiyənin İzmir vilayətində əyləncə mərkəzinin dekorativ divarı nam
Britaniyanın lüks telefon markası "Vertu" uzun fasilədən sonra ye
Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib.
Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb.
