Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik"
Digərləri 21 Okt 2025 00:41:00 171 0
Hacıqabulun Meyniman kəndində 23 yaşlı oğlan ilə 16 yaşlı qızın planlaşdırılan toy mərasimi dayandırılıb.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məlumat daxil olan kimi tədbirlər görülüb.
Erkən nikaha cəlb olunan Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı qızın ailəsinə baş çəkdik.
Qız evi hər şeyi inkar etsə də, oğlan evində başqa mənzərə ilə üzləşdik. Toy mərasimi ötən gün keçirilsə də, toyun izləri - qab-qaşıq, ocaqda qazan və sair gözümüzdən yayınmadı. Elə toyu olan bəyin anası da olanları təsdiq etdi.
Hadisə ilə bağlı oğlanın anası Validə Zərbalıyeva jurnalistlərə müsahibə verib.
Ananın sözlərinə görə, məqsəd erkən nikah deyil, xəstə övladının arzusunu yerinə yetirmək olub: "Oğlum üçün elçi getdik. Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Ona görə bu işi dayandırdıq. Sadəcə, xəstə uşağımın arzusu var idi. Həkimlər ömrünün az olduğunu deyiblər. Qardaşının toyunu görmək istədiyi üçün gəlinsiz məclis keçirdik. Toy təzə başlayanda polislər bizə məlumat verdilər, məclisi dayandırdıq, hamı dağılışdı", - deyə o söyləyib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Hər iki ailə nəzarətdə saxlanır.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Suraxanı ra
Bir zamanların "Ağalarova" ləqəbli məşhur modeli Diana Mehdiyev
"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyy
2024-cü il noyabrın 16-da Bakının Nizami rayonunda qətl hadisəsi olur. Dax
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ötən gün Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub.
Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin qız
Ermənistan-Gürcüstan sərhədindəki "Bavra", "Baqrataşen&quo
Bəzi tikinti materialları insan sağlamlığı üçün zərərlidir.
Məşhur "Kurtlar Vadisi" serialında Eren Eylül obrazını canlandı
Kişilərin reproduktiv sağlamlığı, o cümlədən potensiyası birbaşa qida
Ukrayna Rusiya ilə üç ildir davam edən müharibənin içində olduğu bir va
20 oktyabr 2025-ci il tarixində Lüksemburqda Avropa İttifaqının təşkilat
Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd
ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın g
