Landau Education Group, SAĞLAM AİLƏ Tibb Mərkəzi və Zəfər Tibb Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
Digərləri 22 Okt 2025 11:00:00 116 0
Landau Education Group ilə ölkənin aparıcı tibb müəssisələrindən olan SAĞLAM AİLƏ Tibb Mərkəzi və Zəfər Tibb Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum LANDAU School-un valideynləri və şagirdləri üçün tibbi xidmətlərə daha əlçatan imkanlar yaratmağı və tərəflər arasında uzunmüddətli strateji əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Bu xəbəri də oxu: Bu yanacaqdoldurma məntəqəsi bağlandı FOTO
Əməkdaşlıq çərçivəsində valideyn və şagirdlər yüksək keyfiyyətli tibbi xidmətlərdən yararlana biləcək, müasir texnologiyaların tətbiqi və peşəkar mütəxəssislərin dəstəyi ilə sağlamlıq xidmətlərindən faydalanacaqlar. Memorandum həmçinin razılaşdırılmış kampaniyalar, endirimlər və xüsusi tibbi paketlərin təqdim edilməsini nəzərdə tutur ki, bu da LANDAU School-un valideynlərinə təqdim olunan "Loyallıq" proqramının əsas hissəsini təşkil edir. Tərəflər tibbi xidmətlərin qanunvericilik normalarına və beynəlxalq standartlara uyğun şəkildə göstərilməsini təmin edəcək, keyfiyyətə davamlı nəzarət mexanizmlərini tətbiq edəcəklər. 22 illik təcrübəyə malik, TÜRKAK akkreditasiyalı SAĞLAM AİLƏ Tibb Mərkəzi ilə Zəfər Tibb Mərkəzi tərəfindən təqdim olunan xidmətlərin hər biri valideyn və şagirdlərin sağlamlığını ön planda tutaraq etibarlı, səmərəli və müasir yanaşmalar əsasında həyata keçiriləcək.
Bu əməkdaşlıq həm təhsil, həm də sağlamlıq sahəsində valideyn və şagirdlər üçün əlavə üstünlüklər və imkanlar təmin etməklə cəmiyyətin rifahına mühüm töhfə verəcək. Memorandum gələcəkdə birgə təşəbbüslərin, kampaniyaların və sağlamlıq sahəsində layihələrin reallaşdırılması üçün möhkəm təməl yaradacaq, həmçinin tərəflər arasında davamlı əməkdaşlığın inkişafına zəmin hazırlayacaq.
2026-cı ildən dövlət sektorunda çalışanların əmək haqlarının yenidə
Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmi
Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin
Türkiyəli tanınmış aparıcı canlı yayımda huşunu itirib.
KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında bu istiqamətdə s
Artıq vətəndaşlar hərbi xidmətlə bağlı məlumat və bildirişləri &quo
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində i
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı n
"Xudat şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı"nı
Xəbər verdiyimiz kimi, ötən gün "Bakubus"a məxsus 125 saylı avt
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət
Dünən AZAL aviaşirkətinə məxsus təyyarə uzun fasilədən sonra ilk dəf
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əs
Almaniyanın "Volkswagen" şirkəti yarımkeçirici çatışmazlığı
