Adnan Əhmədzadənin həbsindən sonra cəmi 56 uşaq saxlayıblar
Digərləri 28 Okt 2025 16:56:00 84 0
İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın "Marset" klubunda olan azərbaycanlı uşaqlarla bağlı vəziyyət qeyri-müəyyən qalıb.
Bu xəbəri də oxu: Balıkesirdə şiddətli zəlzələdə bina uçdu
Son.az xəbər verir ki, həmin akademiyada çıxış edən uşaqlardan biri Kamil Həsənovun atası Mərdan Həsənov "Qafqazinfo"ya vəziyyətlə bağlı açıqlama verib.
Onun sözlərinə görə, ödənişlər olmadığı üçün "Marset" Futbol Akademiyasından bildirilib ki, uşaqları orada saxlaya bilməyəcəklər: "Mənim oğlum və onun bir qrup həmyaşıdları 2024-cü ilin sentyabr ayında həm futbol oynamaq, həm də təhsil almaq üçün İspaniyanın Barselona şəhərində yerləşən "Marset" Akademiyasına yollanıb. Hər şey gözəl, hər şey əla idi, ta ki məlum hadisəyə qədər. Son yaşananlardan sonra bizə dedilər ki, ödəniş olmadığı üçün uşaqları İspaniyada saxlaya bilməyəcəklər. ASTA (Azerbaijan Sport Talents Academy) rəhbərliyindən də hesabları dondurulduğu üçün ödəniş etməklərinin mümkün olmadığını dedilər bizə.
Bildiyim qədərilə ümumilikdə 32 uşaqdan cəmi 5-6 nəfəri saxlayıblar. Həmin uşaqlar 2023-cü ildən "Marset"də olanlardır. Amma onları da, deyəsən, yanvar ayına qədər saxlayacaqlar.
Kamil və onun bəzi komanda yoldaşları, yəni 2009-cu il təvəllüdlü uşaqlar bu hadisələr baş verəndə millinin heyətində idilər. Onlar milli ilə birlikdə Fransadan ölkəmizə gəliblər, İspaniyaya qayıtmayıblar.
Mən öz adımdan ASTA rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, uşaqlarımız üçün belə fürsət yaratmışdılar. Oradakı uşaqların 70-80 faizi milli üzvləri olduğu üçün AFFA-nın və Gənclər və İdman Nazirliyinin bu məsələyə müdaxilə etməklərini gözləyirəm. Xahiş edirəm ki, uşaqlarımızın "Marset"ə qayıdıb futbolla məşğul olmasına köməklik etsinlər".
Pakistan 28 və 29 oktyabr tarixlərində Hindistanla sərhəddə yerləşən P
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbra
"Bolmart" supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyy
ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının beynəlxalq siyasətdə
Oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadas
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsin
Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bı
Gəncə Dövlət Universitetinin baş müəllimi dünyasını dəyişib.
Bəzi əlavələr tez-tez gəncliyi qorumağın və yaşlanmanı yavaşlatmağı
Son günlər partiyasında övladları arasındakı qalmaqalla gündəmə gələ
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənə
Məşhur "Arka Sokaklar" serialının sevilən obrazı "Hüsnü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıq
Rusiyanın Xalq artisti Filipp Kirkorov məhkəmə qarşısına çıxacaq.
ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiyanın baş naziri Sanae Takaiçi il
