İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu FOTO
Digərləri 29 Okt 2025 15:44:00 90 0
Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Jurnalist Qadınlar Assosiasiyası "Qərbi Azərbaycan: reallıqlar, perspektivlər" adlı layihə çərçivəsində işləri uğurla həyata keçirir.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevin 50 nəfərlik siyahısındakı adlar üzə çıxdı
Layihədə nəzərdə tutulduğu kimi JQA-nın bir qrup əməkdaşı Türkiyənin İstanbul şəhərində səfərdə olub. Assosiasiyasının təşkilatçılığı ilə İstanulda fəaliyyət göstərən "İstanbul Azərbaycan Kültür evində" "Qərbi Azərbaycan: gələcəyə baxış" adlı dəyirmi masa keçirilib. Dəyirmi masada əslən Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "İstanbul Azərbaycan Kültür Evi"nin rəhbəri Hikmət Elp Azərbaycandan gələn qonaqları salamlayaraq Qərbi Azərbaycanın tarixi barədə danışıb. Sonra JQA-nın rəhbəri Sevil Yusifova layihənin məqsəd və məramından geniş söhbət açıb. O, çıxışında tədbirin mövzusunun aktuallığına və əhəmiyyətinə toxunub. Layihənin rəhbəri S.Yusifova bildirib ki, keçən əsrdə indiki Ermənistan dövləti tərfindən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız deportasiyaya, soyqırıma məruz qalıblar: "Ermənilər hər fürsətdə millətimizə məxsus tarixi abidələri yer üzündən silib təmizləməyə çalışıblar. Əcdadlarımızın əsrlər boyu qurub yaratdığı abidələr, mədəni-mənəvi dəyərərimiz də erməni vandalizminin qurbanı olub. Ermənilərin tək istəyi o olub ki, gəldikləri Azərbaycan torpaqlarında bizim millətə məxsus izləri silsinlər və qondarma tarix yaratsınlar. Təəssüf ki, ermənilər havadarlarının dəstəyi ilə bir çox məsələlərdə öz istəklərinə nail ola biliblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib ya da tamamilə məhv edilib" - deyə S.Yusifova çıxışında qeyd edib.
Xanım Yusifova layihənin davamlı olmasının və Türkiyədə yaşayan Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızın təşkilatlanmasının vacibliyini də vurgulayıb.
Dəyirmi masada çıxış edənlər mövzunun aktuallığından danışıblar. Əslən İrəvandan olan dinləyicilər bildiriblər ki, ən son 1988-ci ildə yarım milyona yaxın Azərbaycan türkünün zorla öz yurdundan çıxarılmasına nail olan ermənilər bizim soydaşlarımızın mal və mülklərini də ələ keçirərək özününküləşdiriblər. Yüzlərlə qadın, uşaq öldürülüb.
Natiqlər Ermənistanın illər boyu törətdiyi zorakılıq siyasəti, millətimizin başına gələn hadisələrin dünya ictimaiyyətinə çatdırlmasının vacibliyini söyləyiblər. Qeyd olunub ki, azərbaycanlıların öz yurduna, Vətəninə dönməsi üçün təminat verilməsi tələbi irəli sürülməlidir. Beynəlxalq aləmin diqqətini hüquqları pozulmuş soydaşlarımızın haqlı tələblərinə yönəltməli olduğumuz səsləndirilib. Həmçinin mədəni irsimizin qorunması və bu irsin yenidən canlandırılması yolları müzakirə olunub.
Sonda qərara alındı ki, Türkiyədə yaşayan indiki Ermənistandan zorla çıxarılmış, İrəvandan gəlmiş ikinci, üçüncü nəsil ailələrin övladları öz əcdadlarının mədəniyyətini qoruyub saxlamaq üçün Qərbi Azərbaycan məsələsini gündəmdə saxlamağa çalışsınlar. Qərbi Azərbaycanın tarixini özündə əks etdirən faktların toplanması və əldə edilən sənədlər, məlumatların xarici dillərə tərcümə olunması kimi fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılıb.
Türkiyədə nəşr olunan kitabların Azərbaycanda tanıdılması, bilgi mübadiləsinin təşkil edilməsi, elmi araşdırmaların aparılması qarşıya qoyulan hədəfə varmağımızda təsirli rol oynayacağına ümid edildiyi bildirildi.
Layihə rəhbəri Qərbi Azərbaycan məsələsini bütün dünyada duyurmaq, yaşanmış faciələrimizi dünya ictimaiyyətinə çatdırmaq və bu yöndə bir mərkəzdən idarə olunmanın ümumi işimizə xeyir gətirəcəyini dedi. O, gənclərin milli mücadiləmizdə fəal olmasını arzuladığını dilə gətirdi.
Xəbərə aid video
Müxtəlif KİV-lərdə keçmiş "Sovetski" adlanan ərazidə tarixi b
Şəmkirin Kür qəsəbəsi 1975-ci ildə salınıb. Həmin vaxt Şəmkir Su Ele
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəşt
Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntül
Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən gö
Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması i
Bakıda həyat yoldaşını parkda bıçaqlayaraq qətlə yetirməkdə təqsirl
AMEA-da 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı apar
Bakıda 20-dən çox şəxsə qarşı dələduzluq edilib.
Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanı
Foto model və müğənni Müjgan Ayxanın açıqlaması marağa səbəb olub.
Türkiyənin Alanya şəhərində yol qəzasına düşən 27 yaşlı azərbaycan
Prezident İlham Əliyev "Beynəlxalq ticarətdə müəyyən təhlükəli k
Azərbaycanda siqaret çəkənlər və onları işəgötürən müəssələr cə
Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi madd
