İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib


Siyasət 29 Okt 2025 20:12:00 89 0

İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğuladı ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir.

Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğuladı. Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını dedi.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın uzaqgörən siyasəti və ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd etdi.

Ulu Öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə ölkələrimiz arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu vurğulandı.

Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını bildirdi.

Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcəyini dedi.

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olundu. Bu xüsusda "Masdar" şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunuldu. Son.az 

Badamdarda küçələri su basdı like
  • 29 Okt 19:53  
Digərləri Badamdarda küçələri su basdı

Paytaxtın Badamdar qəsəbəsi ərazisində su borusu partlayıb, yolu su bası

arrow Ətraflı
Azərbaycanlı reperə ağır itki like
  • 29 Okt 19:40  
Şou-biznes Azərbaycanlı reperə ağır itki

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminova ağır itki üz ve

arrow Ətraflı
Bu avtobusların intervalı sərnişinləri cana yığdı like
  • 29 Okt 19:30  
Digərləri Bu avtobusların intervalı sərnişinləri cana yığdı

Bakıda M8 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar arasında i

arrow Ətraflı
Xanəndə efirdə anasından danışıb göz yaşları tökdü like
  • 29 Okt 19:00  
Şou-biznes Xanəndə efirdə anasından danışıb göz yaşları tökdü

Əməkdar artist Bəyimxanım Vəliyeva "Günə Uğurla" verilişində

arrow Ətraflı
Sümük xərçənginin də çarəsi tapıldı like
  • 29 Okt 18:48  
Digərləri Sümük xərçənginin də çarəsi tapıldı

Ağrıkəsicilərin xərçənglə mübarizədə yeni potensialı aşkarlanıb.

arrow Ətraflı
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib like
  • 29 Okt 18:46  
Siyasət İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıni

arrow Ətraflı
Anarın evlənəcəyi deyilən müğənni ilə görüntüləri gündəm oldu like
  • 29 Okt 18:36  
Şou-biznes Anarın evlənəcəyi deyilən müğənni ilə görüntüləri gündəm oldu

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov bu dəfə d

arrow Ətraflı
Xalq artistinin son vəziyyəti açıqlandı like
  • 29 Okt 18:31  
Şou-biznes Xalq artistinin son vəziyyəti açıqlandı

Xalq artisti Şahnaz Haşımova bu gün Gəncə Beynəlxalq Xəstəxanasından e

arrow Ətraflı
Ramiz Mehdiyevin 50 nəfərlik siyahısındakı adlar üzə çıxdı like
  • 29 Okt 18:18  
Digərləri Ramiz Mehdiyevin 50 nəfərlik siyahısındakı adlar üzə çıxdı

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbə

arrow Ətraflı
Hüseyn 1 aydır buna görə yoxa çıxıbmış  tanımaq olmur like
  • 29 Okt 18:11  
Şou-biznes Hüseyn 1 aydır buna görə yoxa çıxıbmış tanımaq olmur

Bloger Hüseyn Həsənovun yeni paylaşımı gündəm olub. Son.az xəbər ve

arrow Ətraflı
“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…” like
  • 29 Okt 18:00  
Digərləri “İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan

arrow Ətraflı
Ramiz Mehdiyevin kürəkəninə məxsus TIRlar ölkədən BURAXILMADI like
  • 29 Okt 17:55  
Digərləri Ramiz Mehdiyevin kürəkəninə məxsus TIRlar ölkədən BURAXILMADI

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus "TURAZ" MMC-yə

arrow Ətraflı
“Yaşasaydı, 2 ildən sonra 100 yaşı olacaqdı" like
  • 29 Okt 17:50  
Şou-biznes “Yaşasaydı, 2 ildən sonra 100 yaşı olacaqdı"

Əməkdar artist Zakir Əliyev atasından danışıb kövrəlib.

arrow Ətraflı
Toy günü ölən gəlinin qohumu danışdı like
  • 29 Okt 17:41  
Digərləri Toy günü ölən gəlinin qohumu danışdı

Xəbər verdiyimiz kimi, Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud q

arrow Ətraflı
Müdafiə Nazirliyini aldadan iş adamının  Cəzası azaldıldı like
  • 29 Okt 17:36  
Digərləri Müdafiə Nazirliyini aldadan iş adamının Cəzası azaldıldı

Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon m

arrow Ətraflı