FED faiz qərarını açıqladı
Digərləri 29 Okt 2025 23:28:00 57 0
ABŞ Mərkəzi Bankı (FED) iki gün davam edən iclasdan sonra gözlənilən faiz qərarını açıqlayıb. Qərara əsasən, FED faiz dərəcəsini 25 baza bəndi azaldaraq faiz aralığını 3,75-4 faiz səviyyəsinə endirib.
Son.az xəbər verir ki, FED-in açıqlamasında bildirilib ki, İdarə Heyətinin üzvü Stiven Miran 50 baza bəndlik faiz endiriminə tərəfdar olub, Kanzas Siti FED rəhbəri Cefri Şmid isə faiz dərəcəsinin sabit saxlanılmasını dəstəklədiyi üçün qərara qarşı səs verib.
Açıqlamada qeyd olunub ki, ABŞ-də İstehlakçı Qiymətləri İndeksi (TÜFE) sentyabr ayında aylıq 0,3%, illik 3% artıb.
FED-in bəyanatında iqtisadi fəaliyyətin mülayim templə artmağa davam etdiyi, məşğulluğun bu il bir qədər zəiflədiyi, işsizlik səviyyəsinin azca yüksəlsə də aşağı həddə qaldığı vurğulanıb.
Eyni zamanda, ilin əvvəlindən bəri inflyasiyanın artdığı və hələ də yüksək səviyyədə olduğu qeyd edilib. Bankın qiymətləndirməsinə görə, iqtisadi mənzərədə qeyri-müəyyənlik yüksək olaraq qalır.
Xatırladaq ki, FED ötən ilin sentyabr ayında inflyasiyada müəyyən azalma müşahidə edildikdən sonra 4 ildən sonra ilk dəfə faiz dərəcəsini 50 baza bəndi endirmişdi.
Tanınmış meyxanaçı Rəşad Dağlı dərialtı iltihabına görə əməliyya
Son günlər ölkə gündəmini zəbt edən, əri tərəfindən şiddət göstə
Bir neçə gün əvvəl həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosia
Sabah saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonla
Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının və rayonun Üçtə
Paris Sülh Forumu çərçivəsində baş tutan "COP29-dan COP30-a: Qlobal
Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başla
Xəbər verdiyimiz kimi, Türkiyənin Kocaeli vilayətinin Gebze bölgəsində 5
Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü
Kardioloq Yekaterina Paukova kişilərdə qəfil ürək dayanması riskinin qad
2024-cü il noyabrın 8-i Bakının Suraxanı rayonu ərazisində dəhşətli q
Bir neçə gün öncə Patrulaz.az redaksiyasına Sabunçu rayonunun Maştağa q
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkila
