Bakıda kişi hicaba görə arvadını və qayınatasını öldürdü


Kriminal 29 Okt 2025 20:52:00 92 0

Bakıda kişi hicaba görə arvadını və qayınatasını öldürdü

2024-cü il noyabrın 8-i Bakının Suraxanı rayonu ərazisində dəhşətli qətl hadisəsi olur. Saat 23:45-də vətəndaş Rəqibə Əkbərova DİN 102 xidmətinə zəng edərək, oğlu Hikmətin qətl törətməsi haqda məlumat verib. 

Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, qətl Zığ bağları sahəsində, təsərrüfat üçün tikilmiş yardımçı tikilidə baş verib. Döşəmədə uzanıqlı vəziyyətdə 1997-ci il təvəllüdlü Bənövşə Əkbərovanın, mətbəxdə divanın üzərində üzü üstə uzanıqlı halda 1972-ci il təvəllüdlü İlqar Bədəovun meyiti aşkar edilib.   Cinayəti törədən Abşeron rayon sakini 1988-ci il təvəllüdlü Hikmət Əkbərov 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.   Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizaların rəylərinə görə, Bənovşə Əkbərovanın döş qəfəsində və qarın nahiyyəsində ümumilikdə 10, atası İlqar Bədəlovun isə üzündə, boynunda, döş qəfəsində və qarın nahiyyəsində 18 ədəd bıçaq yarası aşkar edilib.   Öldürülən şəxslər növbəti gün Siyəzən rayonunda dəfn olunublar.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, noyabrın 8-i saat 23 radələrində Hikmət Əkbərov müvəqqəti yaşadığı yardımçı tikilidə arvadı Bənövşə Əkbərovanın son vaxtlar ona qarşı soyuq və laqeyd davranmasını, habelə qayınatası İlqar Bədəlovun onun ailə işlərinə müdaxilə etməsini bəhanə edib, əsaslı səbəb olmadan hər ikisini öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün onların yatmasını gözləyib. Mətbəx otağında, divanda yatmış və müqavimət göstərmək imkanında olmayan İlqar Bədəlova yaxınlaşıb başına, boynuna və bədəninin digər nahiyələrinə bıçaqla çoxsaylı zərbələr endirib. Sonra yataq otağına keçərək, yatmış vəziyyətdə olan arvadına xəsarətlər yetirməyə başlayıb. Yuxudan oyanan Bənövşə Əkbərova ona müqavimət göstərib. Azyaşlı uşaqlarına əzab verdiyini dərk edərək, onların gözləri qarşısında, həmçinin yoldaşının yalvarışlarına məhəl qoymadan bıçaqla zərbələr vurmaqda davam edib. Bıçaq əlindən yerə düşəndən sonra, qonaq otağında tutub saxladığı arvadına stulla ardıcıl zərbələr endirib. Yerdə taqətsiz halda uzanmış Bənövşə Əkbərovanın ölümünü tezləşdirməkdən ötrü, mətbəx mebelinin üzərindən götürdüyü  qayçı ilə qarın nahiyəsinə xəsarətlər yetirib. Nəticədə ata və qızı ölüblər. 

Mobil telefona baxış keçirilərkən məlum olub ki, hadisədən sonra Hikmət Əkbərov qardaşı Firdovsi Əkbərova zəng edərək, 36 saniyə danışıb.   İş üzrə dindirilmiş Hikmət Əkbərov bildirib ki, 14 il əvvəl ailə həyatı qurub. Nikahdan 4 övladları dünyaya gəlib:

"Son vaxtlar eşitmişdim ki, qayınatam arvadımın hicabını çıxartdırmaq istəyib. Noyabrın 8-də gecə İlqar Bədəlovdan bunun səbəbini soruşdum. Qayınatama Bənövşənin hicabda olduğunu, namaz qıldığını desəm də, o, qızının açıq-saçıq geyinəcəyini bildirdi. Qayınanam və qayınatam məni yoldaşımdan uzaqlaşdırmağa çalışırdılar. Gələcəkdə uşaqlarımın heç kimin yanında başıaşağı olmamasından ötrü bu cinayət əməlini törətdim. Arvadımı öldürən zaman oğlum Yusuf yuxudan oyanıb mənə yalvarmayıb. Həmçinin digər övladlarım da hadisə vaxtı yatmışdı". 

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Bədəlova ifadəsində göstərib ki, 2010-cu ildə Hikmət Əkbərovun valideyinləri evlərinə gələrək, qızı Bənövşəni istədiklərini söyləyib:

"Mən də cavab olaraq, "mənim qızımın oyuncaqlarla oynayan vaxtıdır, 13 yaşı var, evlənmək vaxtı deyil" demişdim. Ərim İlqarla Hikmətin dayısı dost olduğuna görə, 3-4 aydan sonra onların vasitəsi ilə yoldaşımdan qızının "həri"sini aldılar. Amma buna etiraz etdim və qızımın nişanını qaytardım. Hikmət də acıq edərək, Bənövşəni qaçırdı. Yoldaşımla birlikdə Hökməli qəsəbəsində yaşayan Hikmətgilin qapısına gedərək, qızımı tələb etdim. Amma qarşı tərəf bildirdi ki, adətlərinə əsasən, qız qapıdan geri çıxa bilməz, əks halda onun atası və qardaşı ölməlidir. Belə deyib gözümü qorxutdular. Bir gün nəvəm Yusuf gizli zəng edib, "gəlib onları aparmağımı, atasının anasını döydünü" dedi. Bununla əlaqədar Qobu polis şöbəsinə şikayət etdim. Şöbədə Hikmət səhv etdiyini bildirərək, Bənövşədən üzr istəmişdi".

Bundan sonra Gülbəniz Bədəlova qızını və nəvələrini götürüb, öz evinə aparıb. Səhərisi gün Hikmət arvadı ilə uşaqlarının arxasınca gəlib:

"Kürəkənimə "uşaqlarını apara bilərsən, amma qızımı sənə verməyəcəm" dedim. Bir neçə gündən sonra bizə gələn Hikmətin böyük qardaşı Bənövşəyə cavabdeh olduğunu söz verib və aldadaraq, qızımı özü ilə apardı. Noyabrın 8-də Hikmət Əkbərovun hansı şəraitdə bu amansız cinayəti törətdiyini bilmirəm".

Maştağada tullantılarla bağlı şikayətlər araşdırıldı like
  • 29 Okt 20:32  
Digərləri Maştağada tullantılarla bağlı şikayətlər araşdırıldı

Bir neçə gün öncə Patrulaz.az redaksiyasına Sabunçu rayonunun Maştağa q

arrow Ətraflı
Ramiz Mehdiyevin nəvəsi 630 minlik avtomobil sürür like
  • 29 Okt 20:17  
Digərləri Ramiz Mehdiyevin nəvəsi 630 minlik avtomobil sürür

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rə

arrow Ətraflı
ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir  FOTO like
  • 29 Okt 20:15  
Digərləri ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkila

arrow Ətraflı
İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib like
  • 29 Okt 20:12  
Siyasət İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birlə

arrow Ətraflı
Badamdarda küçələri su basdı like
  • 29 Okt 19:53  
Digərləri Badamdarda küçələri su basdı

Paytaxtın Badamdar qəsəbəsi ərazisində su borusu partlayıb, yolu su bası

arrow Ətraflı
Azərbaycanlı reperə ağır itki like
  • 29 Okt 19:40  
Şou-biznes Azərbaycanlı reperə ağır itki

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminova ağır itki üz ve

arrow Ətraflı
Bu avtobusların intervalı sərnişinləri cana yığdı like
  • 29 Okt 19:30  
Digərləri Bu avtobusların intervalı sərnişinləri cana yığdı

Bakıda M8 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar arasında i

arrow Ətraflı
Xanəndə efirdə anasından danışıb göz yaşları tökdü like
  • 29 Okt 19:00  
Şou-biznes Xanəndə efirdə anasından danışıb göz yaşları tökdü

Əməkdar artist Bəyimxanım Vəliyeva "Günə Uğurla" verilişində

arrow Ətraflı
Sümük xərçənginin də çarəsi tapıldı like
  • 29 Okt 18:48  
Digərləri Sümük xərçənginin də çarəsi tapıldı

Ağrıkəsicilərin xərçənglə mübarizədə yeni potensialı aşkarlanıb.

arrow Ətraflı
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib like
  • 29 Okt 18:46  
Siyasət İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıni

arrow Ətraflı
Anarın evlənəcəyi deyilən müğənni ilə görüntüləri gündəm oldu like
  • 29 Okt 18:36  
Şou-biznes Anarın evlənəcəyi deyilən müğənni ilə görüntüləri gündəm oldu

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov bu dəfə d

arrow Ətraflı
Xalq artistinin son vəziyyəti açıqlandı like
  • 29 Okt 18:31  
Şou-biznes Xalq artistinin son vəziyyəti açıqlandı

Xalq artisti Şahnaz Haşımova bu gün Gəncə Beynəlxalq Xəstəxanasından e

arrow Ətraflı
Ramiz Mehdiyevin 50 nəfərlik siyahısındakı adlar üzə çıxdı like
  • 29 Okt 18:18  
Digərləri Ramiz Mehdiyevin 50 nəfərlik siyahısındakı adlar üzə çıxdı

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbə

arrow Ətraflı
Hüseyn 1 aydır buna görə yoxa çıxıbmış  tanımaq olmur like
  • 29 Okt 18:11  
Şou-biznes Hüseyn 1 aydır buna görə yoxa çıxıbmış tanımaq olmur

Bloger Hüseyn Həsənovun yeni paylaşımı gündəm olub. Son.az xəbər ve

arrow Ətraflı
“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…” like
  • 29 Okt 18:00  
Digərləri “İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan

arrow Ətraflı