GTA VI belə olacaq
Digərləri 01 Noy 2025 16:00:00 63 0
GTA VI-nın süjeti ilə bağlı yeni detallar açıqlanıb.
Bu xəbəri də oxu: Çörəkdə kiflənməyə son – Alimlərdən inqilabi texnologiya
Son.az xəbər verir ki, yeni nəsil "Grand Theft Auto VI" oyununda hadisələr təbii fəlakətlə başlayacaq.
Bu barədə "Notebookcheck" nəşri "Reddit" platformasında yayılan məlumatlara istinadən xəbər verib.
Məlumata görə, "GTA VI" oyununa həsr olunmuş Reddit icmasının üzvləri süjetin başlanğıcında güclü fırtına və ya qasırğanın baş verəcəyini ehtimal edirlər. İstifadəçi yazıb ki, oyunun ikinci treylerində baş qəhrəmanlardan biri Ceyson evini təmir edir və bu səhnə çox güman ki, fırtınadan sonra baş verir.
"Düşünürəm ki, bu hadisə həm oyunun başlanğıcı, həm də Ceysonun oyunçulara ilk dəfə tanıdıldığı an ola bilər," - deyə o qeyd edib.
Həmçinin vurğulanıb ki, oyundakı hadisələr "Leonida" adlı ştatda cərəyan edir və bu məkan real həyatda Mayamiyə əsaslanır. Mayamidə isə tropik fırtınalar və qasırğalar tez-tez müşahidə olunur.
Notebookcheck yazır ki, "Rockstar Games" şirkəti əvvəlki oyunlarda da əsas personajları maraqlı və dramatik şəraitdə təqdim edib. Məsələn, GTA IV oyununda baş qəhrəman Niko Belik ABŞ-a gecə vaxtı gəmi ilə gəlir, GTA V-də isə hadisələr qış vaxtı baş verən silahlı soyğunla başlayır.
"GTA VI" oyununun 26 may 2026-cı ildə satışa çıxarılması planlaşdırılır. Yeni oyunda çox geniş və detallı virtual dünya olacaq. Oyunçular öz bank hesablarını idarə edə, müxtəlif onlayn xidmətlərdən və ünsiyyət vasitələrindən istifadə edə biləcəklər. "Rockstar Games" artıq bu sistemlər üçün bir neçə internet domeni də qeydiyyatdan keçirib.
İsmayıl Son.az
Asiyanın ən varlı ailələrindən olan Ambani ailəsi Dubayda 20 avtomobildə
Yubiley modeli "Apple" tarixində ən radikal dizayn dəyişikliyi ola
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına M
Müğənni Vəfa Şərifova paytaxtın istirahət məkanlarının birindən gör
Rusiyada xüsusi təyinatlı qüvvələr "Giya Sverdlovski" kimi tanı
Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə s
"Google" şirkətinin apardığı araşdırma Android əməliyyat sist
Meyxanaçı Zarina qalmaqallı açıqlaması ilə diqqət çəkdi.
2025-ci ilin noyabr ayı bəzi bürclər üçün dərin emosional dəyişiklikl
Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını i
Məşhur model Adriana Limanın son paylaşımı sosial mediada böyük səs-kü
Moskva neyrocərrahları nadir rast gəlinən onurğa beyni şişi olan xəstən
Metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləc
Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" layihəsinin münsif hey
Türk kinosunun unudulmaz simalarından biri Yeşilçam aktyoru Engin Çağlar
