İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib


Digərləri 03 Noy 2025 14:30:00 92 0

İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bir qrup məmurla birgə həbs etdiyi Qaradağ RİH başçısının müavini Nadir Muradov daha əvvəl Lənkəranda bu vəzifəni tutubmuş.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qaradağ RİH-nin hazırkı başçısı Süleyman Mikayılov Lənkərana başçılıq edəndə də N.Muradovla birlikdə işləyibmiş.

Belə ki, N.Muradov əvvəllər Lənkəran ŞİH Aparatında Ərazi və idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra o, sabiq başçının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini işləyib.

Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən sonra N.Muradovu da Bakıya gətirib. Onu ilk öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, daha sonra isə icra başçısının müavini təyin edib. Nadir Muradov 10 ilə yaxın müddətdə Süleyman Mikayılovun müavini vəzifəsini tutub.

Qeyd edək ki, Nadir Muradovla yanaşı Qaradağ RİH başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, RİH-nin digər əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov da məsuliyyətə cəlb edilib. Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxslər - Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xalq artistinin kürəkəni  HƏBS OLUNA BİLƏR: İş polisdədir  DETALLAR like
  • 03 Noy 14:18  
Digərləri Xalq artistinin kürəkəni HƏBS OLUNA BİLƏR: İş polisdədir DETALLAR

Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduz

arrow Ətraflı
İlham Əliyev: Bu, ya səhvdir, ya təxribatdır, lazımi tədbirlər görəcəyəm like
  • 03 Noy 14:17  
Siyasət İlham Əliyev: Bu, ya səhvdir, ya təxribatdır, lazımi tədbirlər görəcəyəm

Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni

arrow Ətraflı
Prezident: Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur like
  • 03 Noy 14:13  
Siyasət Prezident: Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur

Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəng

arrow Ətraflı
Prezident: Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək like
  • 03 Noy 14:09  
Siyasət Prezident: Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək

Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zən

arrow Ətraflı
Birgə kapitalları 5 trilyon dollardan çoxdur like
  • 03 Noy 14:08  
Digərləri Birgə kapitalları 5 trilyon dollardan çoxdur

Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç

arrow Ətraflı
"MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ  FOTO like
  • 03 Noy 14:05  
Digərləri "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ FOTO

Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya

arrow Ətraflı
İlham Əliyev: Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyrineft sektordur like
  • 03 Noy 14:02  
Siyasət İlham Əliyev: Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyrineft sektordur

Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili mə

arrow Ətraflı
“Dünyanı 150 dəfə partlatmağa bəs edəcək qədər nüvə silahımız var” like
  • 03 Noy 14:00  
Dünya “Dünyanı 150 dəfə partlatmağa bəs edəcək qədər nüvə silahımız var”

ABŞ-nin prezidenti Donald Tramp nüvə silahlarının sayına dair qalmaqallı

arrow Ətraflı
Prezident: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik like
  • 03 Noy 13:58  
Siyasət Prezident: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik

Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya

arrow Ətraflı
İlham Əliyev: Bizə qarşı kiberhücumlar təşkil edənlər cəzasız qalmamalıdır like
  • 03 Noy 13:55  
Siyasət İlham Əliyev: Bizə qarşı kiberhücumlar təşkil edənlər cəzasız qalmamalıdır

Bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurum

arrow Ətraflı
"Şəbnəmdən zəhləm gedir" like
  • 03 Noy 13:53  
Şou-biznes "Şəbnəmdən zəhləm gedir"

Müğənni Mətanət Əsədova qalmaqallı açıqlama verib.

arrow Ətraflı
Prezident İlham Əliyev: Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir like
  • 03 Noy 13:52  
Siyasət Prezident İlham Əliyev: Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir

Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırd

arrow Ətraflı