Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU


Digərləri 04 Noy 2025 11:30:00 73 0

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmə Saleh Novruzinin 9 il, Yadulla Balışovun 9  il, Tahir Vəliyevin 9 il azadlıqdan məhrum edilməsi barədə qərar verib. Həmçinin təqsirləndirilən şəxslərə hökmə əsasən Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə onlara yaşı və səhhətləri nəzərə alınaraq təyin olunan cəza şərti sayılıb və 5 il sınaq müddəti təyin edilib. 

Xatırladaq ki, ötən ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.


Xəbərə aid fotolar

Bu müəllimlərə daha yüksək maaş veriləcək like
  • 04 Noy 11:26  
Digərləri Bu müəllimlərə daha yüksək maaş veriləcək

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatla

arrow Ətraflı
Gələn il manatın məzənnəsi dəyişəcək?  Komitə sədri açıqladı like
  • 04 Noy 11:24  
Digərləri Gələn il manatın məzənnəsi dəyişəcək? Komitə sədri açıqladı

Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.

arrow Ətraflı
DYP 2 gəncin öldüyü yol qəzası barədə məlumat yaydı  VİDEO  FOTO like
  • 04 Noy 11:15  
Digərləri DYP 2 gəncin öldüyü yol qəzası barədə məlumat yaydı VİDEO FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə 2 gəncin öldüyü, 2-ni

arrow Ətraflı
Aysun: "Atası qızımla görüşməyib, süni intelellektdir" like
  • 04 Noy 11:14  
Şou-biznes Aysun: "Atası qızımla görüşməyib, süni intelellektdir"

Müğənni Aysun İsmayılova keçmiş ərindən danışıb.

arrow Ətraflı
Nepalda qar uçqunu: 7 ölü, 5 yaralı like
  • 04 Noy 11:13  
Dünya Nepalda qar uçqunu: 7 ölü, 5 yaralı

Cənubi Asiyada qar uçqunu olub.

arrow Ətraflı
AzTVdə nöqsanlar aşkarlandı like
  • 04 Noy 11:07  
Digərləri AzTVdə nöqsanlar aşkarlandı

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC üzrə dövlət v

arrow Ətraflı
Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış like
  • 04 Noy 11:02  
Digərləri Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Qaradağ Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdar

arrow Ətraflı
5 Gün 5 Gecə tarixi endirimlər olacaq  FOTO like
  • 04 Noy 11:00  
Digərləri 5 Gün 5 Gecə tarixi endirimlər olacaq FOTO

Tamstore marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında "5 gün, 5

arrow Ətraflı
Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin  YENİLİK like
  • 04 Noy 10:51  
Digərləri Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin YENİLİK

"Bakı Metropoliteni" QSC xidmət keyfiyyətinin artırılması məqs

arrow Ətraflı
"Evə saqallı kişilər gəlirdi,17 illik ailəm bir ayda dağıldı" like
  • 04 Noy 10:25  
Digərləri "Evə saqallı kişilər gəlirdi,17 illik ailəm bir ayda dağıldı"

Bakı sakini ailəsində baş verən qalmaqallı hadisə ilə bağlı bloqer Nai

arrow Ətraflı
Kafedə dava salan şəxs məhkəmə zalında həbs edildi like
  • 04 Noy 10:11  
Digərləri Kafedə dava salan şəxs məhkəmə zalında həbs edildi

Qusar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rahib Yusifovun (

arrow Ətraflı
Türkiyədə də dabaq xəstəliyi aşkarlandı  Karantin elan olundu like
  • 04 Noy 10:09  
Digərləri Türkiyədə də dabaq xəstəliyi aşkarlandı Karantin elan olundu

Türkiyənin Mudurnu rayonunda dabaq xəstəliyi aşkarlanıb. 

arrow Ətraflı
Tanınmış aparıcı anasını öldürdü  FOTO like
  • 04 Noy 10:05  
Şou-biznes Tanınmış aparıcı anasını öldürdü FOTO

Tanınmış aparıcı Angelynn Mock anasını qətlə yetirməkdə ittiham olunu

arrow Ətraflı