Saatlı rayonunda sahibkarlarla görüş keçirilib FOTO
Digərləri 04 Noy 2025 15:22:00 76 0
Görüşdə sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla rayonun biznes potensialının reallaşdırılmasına dair müzakirələr aparılıb, təklifləri dinlənilib.
Bu xəbəri də oxu: Günün qoroskopu: Tələsməyin
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Saatlı rayonunda təşkil olunub.
Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş tədbirdə rayonda pambıqçılıq, toxumçuluq, süd və süd məhsullarının istehsalı, heyvandarlıq kimi sektorlarda fəaliyyət göstərən 100-dən çox sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonda sahibkarlıq fəaliyyəti, biznesin inkişafı və investisiya qoyuluşu üçün imkanlar və dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, Saatlı rayonunda kənd təsərrüfatı aparıcı yer tutur. Pambıqçılıq, taxılçılıq, bostançılıq, meyvəçilik və heyvandarlıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Saatlıda fəaliyyət göstərən emal və istehsal müəssisələri, soyuducu anbarlar və aqrolizinq bazası sahibkarlar üçün həm emal, həm də texnoloji təminat baxımından yeni imkanlar açır. Son illərdə Saatlı rayonunda həyata keçirilən infrastruktur layihələri rayonu regionun əhəmiyyətli iqtisadi mərkəzinə çevirib. Su və torpaq resursları, dövlət dəstəyi tədbirləri Saatlıda kənd təsərrüfatı, sənaye və xidmət sahələrində biznes üçün əlverişli imkanlar yaradır. Bu potensialın reallaşdırılması üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.
Görüşdə biznes fəaliyyətinin maliyyələşdirilməsi, kredit üçün əmlakın girov qoyulması, pambığın alış qiyməti, subsidiyaların və pambıq yığımı üçün texnikanın verilməsi, tikilinin istismara qəbul olunması və s. məsələlər ilə bağlı müzakirələr aparılıb, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb. KOBİA nümayəndələri həmçinin, Saatlı rayonunda keçirilən Aqrar Biznes Festivalına qatılıb, "Aqro-Az" MMC-nin pambıq emalı və "BFT Cheesella" MMC-nin pendir istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Age
Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət ed
1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopt
Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz gi
"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli
"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu
Son.az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzi
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdar
Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərk
"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funk
Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yo
