Azərbaycanda “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb


Siyasət 04 Noy 2025 16:35:00 74 0

Azərbaycanda “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb

Azərbaycanda "Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılıbş

Son.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.

Fərmana əsasən, sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

Məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

Məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

İstifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

Məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

Məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

Məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

Məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

Məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

Bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:

Sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

"Məhkəmə Ekspertizası" informasiya sistemi haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

Sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq Sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;

Aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə "Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri", "Məhkəmə Ekspertlərinin Reyestri" və "Məhkəmə ekspertizasının metodik fondu" dövlət informasiya ehtiyatlarının Sistemin altsistemləri kimi təşkilini təmin etsin;

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, Sistemin "Hökumət buludu"nda yerləşdirilməsini təmin etsin;

Bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.


Xəbərə aid fotolar

Bu şəxslər işdən çıxarıla bilər like
  • 04 Noy 16:34  
Digərləri Bu şəxslər işdən çıxarıla bilər

Əmək Məcəlləsinə əsasən, işəgötürən müəyyən hallarda işçini m

arrow Ətraflı
Prezident Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı Sazişi təsdiqləyib like
  • 04 Noy 16:33  
Siyasət Prezident Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı Sazişi təsdiqləyib

Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökumə

arrow Ətraflı
Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib like
  • 04 Noy 16:31  
Siyasət Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib

"Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri

arrow Ətraflı
Hərbi təyyarə qəzaya uğradı  Heyətdən xəbər yoxdur... like
  • 04 Noy 16:27  
Dünya Hərbi təyyarə qəzaya uğradı Heyətdən xəbər yoxdur...

Filippin Hərbi Hava Qüvvələri Mindanao adasında helikopter qəzaya uğray

arrow Ətraflı
19 yaşlı 3 uşaq anası xərçəngdən öldü like
  • 04 Noy 16:15  
Digərləri 19 yaşlı 3 uşaq anası xərçəngdən öldü

Gürcüstanda baş verən kədərli hadisə sosial şəbəkələrdə yayılıb.

arrow Ətraflı
“Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır”  Nazirdən deputata irad like
  • 04 Noy 16:08  
Digərləri “Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır” Nazirdən deputata irad

"Mən təqdim olunmuş sənədlərə istinad edib danışmışam. Orda qeyd

arrow Ətraflı
Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır like
  • 04 Noy 16:00  
Digərləri Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır

Cəlilabad rayonunda yerləşən orta məktəblərdə aparılan monitorinqlər z

arrow Ətraflı
Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü?  Yeni detallar like
  • 04 Noy 15:57  
Digərləri Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? Yeni detallar

Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Meh

arrow Ətraflı
Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq like
  • 04 Noy 15:50  
Digərləri Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq

Havanın soyuması ilə insanların qida seçimlərində də dəyişiklik müşa

arrow Ətraflı
DİM tərəfindən imtahanların təşkili xərci 2 dəfədən çox artdı like
  • 04 Noy 15:48  
Digərləri DİM tərəfindən imtahanların təşkili xərci 2 dəfədən çox artdı

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların təşkili üçün istifadə olu

arrow Ətraflı
Bu xəstəxanada həkimi evdən çağırmaq 100 manatdır  ŞİKAYƏT like
  • 04 Noy 15:40  
Digərləri Bu xəstəxanada həkimi evdən çağırmaq 100 manatdır ŞİKAYƏT

Bakıda yerləşən özəl xəstəxanalardan biri olan "Leyla Medical Cente

arrow Ətraflı
Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub like
  • 04 Noy 15:40  
Digərləri Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub

Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslə

arrow Ətraflı
Zəfər Günü tariximizin şanlı səhifəsidir like
  • 04 Noy 15:38  
Digərləri Zəfər Günü tariximizin şanlı səhifəsidir

8 noyabr - Zəfər Günü Azərbaycanın dövlətçilik tarixinin parlaq səhif

arrow Ətraflı
Parada görə avtobusların hərəkətində dəyişiklik edildi  SİYAHI like
  • 04 Noy 15:34  
Digərləri Parada görə avtobusların hərəkətində dəyişiklik edildi SİYAHI

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixl

arrow Ətraflı
Saatlı rayonunda sahibkarlarla görüş keçirilib  FOTO like
  • 04 Noy 15:22  
Digərləri Saatlı rayonunda sahibkarlarla görüş keçirilib FOTO

Görüşdə sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla

arrow Ətraflı