Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
Digərləri 04 Noy 2025 15:40:00 78 0
Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslərə önəm verən Ziraat Bank Azərbaycan, ətraf mühitin qorunması məqsədilə ASAN könüllülərinin "Yaşıl ASAN" ekoloji proqramına qoşulub.
Bu xəbəri də oxu: “Smartkart” tipli qaz sayğacları niyə dəyişdirilir? AÇIQLAMA
Bu təşəbbüs dövlət xidmətlərində və bank əməliyyatlarında istifadə olunan kağız resurslarının daha səmərəli idarə olunmasını və ətraf mühitin qorunmasına töhfə verilməsini hədəfləyir. Əməkdaşlıq çərçivəsində, Ziraat Bank Azərbaycana məxsus baş ofisi və filiallarında ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Toplanmış kağız materialları Ziraat Bank Azərbaycan tərəfindən "Yaşıl ASAN" ekoloji proqramına təhvil verilir və oradan təkrar emal müəssisələrinə göndərilir. Bu layihə həmçinin ictimai maarifləndirmə məqsədi daşıyır və vətəndaşlar arasında "Yaşıl Ofis" mədəniyyətinin təşviqini hədəfləməklə yanaşı ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına yönəlir.
Qeyd etmək lazımdır ki, Bank artıq 400 kiloqramdan çox kağız tullantısını təkrar emal məqsədilə "Yaşıl ASAN" ekoloji proqramına təhvil verib. Bankın ekoloji məsuliyyətini əks etdirən bu əməkdaşlıq, Ziraat Bank Azərbaycanın davamlı inkişaf strategiyasının bir hissəsidir və "Ətraf mühitə dəyər verək" şüarı ilə həyata keçirilir.
8 noyabr - Zəfər Günü Azərbaycanın dövlətçilik tarixinin parlaq səhif
Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixl
Görüşdə sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Age
Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət ed
1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopt
Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz gi
"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli
"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu
Son.az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzi
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdar
