Rusiyalı milyarder cütlük ölü TAPILDI
Digərləri 11 Noy 2025 17:07:00 77 0
Birləşmiş Ərəb Əmirliklərində rusiyalı kriptobloqer Roman Novak və onun həyat yoldaşı ölü halda tapılıb.
Bu xəbəri də oxu: "WhatsApp"da yenilik Kontaktda olmayan adam mesaj yazanda...
Son.az xəbər verir ki, bu barədə 2025-ci il 7 noyabrda "Komsomolskaya Pravda - Sankt-Peterburq" mənbəyi istintaq məlumatlarına istinadən xəbər yayıb. Cütlük bir aydan çox əvvəl yoxa çıxmışdı, onların meyitləri Dubay əmirliyinə aid Hatta şəhəri yaxınlığındakı səhralıq ərazidə aşkar olunub.
Cütlük oktyabrın əvvəlində Rusiyadakı qohumları ilə əlaqəni tam kəsib. Ailəsi Sankt-Peterburq hüquq-mühafizə orqanlarına müraciət edib. Məlum olub ki, 2 oktyabrda Hattada Novak və həyat yoldaşı özlərini investor kimi təqdim edən naməlum şəxslərlə görüşüblər. Onların şəxsi sürücüsü cütlüyü Hatta gölünə aparıb, burada onlar başqa bir avtomobilə keçib və həmin vaxtdan onları heç kim görməyib.
Qohumları cütlüklə əlaqə saxlamağa çalışsalar da, telefonlar cavabsız qalıb. Sosial şəbəkə hesablarında da heç bir yenilənmə olmayıb. Sonradan yerli polis müəyyən edib ki, mobil telefonlardan son siqnal 4 oktyabrda Cənubi Afrikanın Keyptaun şəhərindən gəlib, bundan sonra cihazlar söndürülüb. Halbuki Novak ailəsinin Cənubi Afrikaya getmək planı barədə heç kimə məlumat verməmişdi və balaca iki övladlarını geridə qoymuşdular, bu isə onlara qətiyyən xas deyildi.
Bir aylıq axtarışlardan sonra noyabrın əvvəlində səhrada iki meyit tapılıb - bunların itkin düşmüş rusiyalı cütlük olduğu müəyyən edilib. Ölüm səbəbi - atəş açılma nəticəsində yaranan yaralar, həmçinin işgəncə izləri də aşkarlanıb.
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsi cinayət işi başladıldığını təsdiqləyib. Əsas versiyaya görə, bu qaçırılma və pul tələb etmə hadisəsidir. Mənbələrin məlumatına görə, cinayətkarlar fidyə olaraq kriptovalyuta istəyiblər, lakin Novakın Binance və Bybit hesabları bloklandığı üçün ödəniş edə bilməyib. Bundan sonra cütlüyü öldürüblər.
İnfluenser cütlük Fatimə Əhmədova və Ülvi Nadirov (UlviFatime) evini
Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcü
Azərbaycandan ölkəmizə yola düşən "C130" hərbi yük təyyarəm
Türkiyənin Əskişəhər vilayətinin Çifteler rayonunda baş verən dəhşə
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Amerikalı komediyaçı və aktrisa Keti Qriffin 65 illik yubileyi münasibətil
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet T
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaş
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilər
Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədovaya Ülvinin birinci xanı
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
Müğənni Mənzurə Musayeva ilə bağlı maraqlı fakt gündəmə gəlib.
AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf
Əməkdar artist Elnur Kərimov xanımı Zülfiyyə Kərimova ilə toy görü
Şirvan şəhərində sərxoş vəziyyətdə sərnişin daşıyan mikroavtobus s
