Evində "pitiminutka" olanlar DİQQƏT: Bunları mütləq bilməlisiz


Digərləri 12 Noy 2025 11:45:00 52 0

Evində "pitiminutka" olanlar DİQQƏT: Bunları mütləq bilməlisiz

Havaların soyuması ilə təbii qazdan istifadə artıb, lakin bu, dəm qazından zəhərlənmə riskini də yüksəldir. Xüsusilə "pitiminutka" suqızıdrıcısı hamam otağında yerləşən mənzillərdə bu kimi zəhərlənmə hallarına daha çox rast gəlinir.

Bu xəbəri də oxu: Bəylər Ələkbərova ağır itki

Bəs dəm qazı necə yaranır?

Son.az xəbər verir ki, dəm qazı adətən yanma prosesi tam başa çatmadıqda əmələ gəlir və rəngsiz, dadsız, qoxusuz olduğundan insanlar onu hiss edə bilmir. Qanımızdakı hemoglobinə bağlanan bu qaz oksigenin toxumalara çatmasına mane olur, nəticədə boğulma və ölüm riski yaranır.

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, havalar soyuduqca təbii qazdan istifadə edən abonentlərin sayı üç-dörd dəfə artır və bu, dəm qazı zəhərlənməsi riskini yüksəldir. Ekspertin sözlərinə görə, evdə təhlükəsizliyi təmin etmək üçün pəncərələri daim açıq saxlamaq, evə girəndən sonra havalandırmaq və qaz cihazlarının yanmasını düzgün təşkil etmək vacibdir. Tüstü bacaları və havalandırma sistemi ildə ən azı iki dəfə yoxlanmalıdır. Hamamxananın qapısı xaricə açıq olmalı, qapının altındakı dəliklər vasitəsilə otağa hava daxil olmalıdır:

"Dəm qazı zəhərlənməsinin əsas səbəbi cihazların düzgün işləməməsi və yanma üçün kifayət qədər oksigenin olmamasıdır. Bu zaman təhlükəli karbon monoksid əmələ gəlir. Əgər otaqda 0,1% karbon monoksid yaranarsa, 7-30 dəqiqə ərzində insanın həyatı üçün təhlükə yaranır".

Sözügedən məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən qeyd edildi ki, dəm qazı ölüm təhlükəsi yaradır:

"Bu təhlükədən qorumaq üçün:

- qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!".

Aysel Əkbər Son.az

Məşhur aktrisa qocalar evində vəfat etdi  FOTO like
  • 12 Noy 11:36  
Şou-biznes Məşhur aktrisa qocalar evində vəfat etdi FOTO

"Hollywood"un tanınmış aktrisası Sally Kirkland 84 yaşında düny

arrow Ətraflı
Türkiyəyə məxsus təyyarənin daha iki qalığı tapıldı  FOTO like
  • 12 Noy 11:28  
Digərləri Türkiyəyə məxsus təyyarənin daha iki qalığı tapıldı FOTO

Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C130 tipli hərbi

arrow Ətraflı
Rusiya ilk yerli robotunu hazırladı  Banklarda işlədəcəklər like
  • 12 Noy 10:50  
Digərləri Rusiya ilk yerli robotunu hazırladı Banklarda işlədəcəklər

Rusiyada ilk yerli antropomorf robot təqdim edilib.

arrow Ətraflı
Göyçaydakı “qara nar” hər kəsi təəccübləndirdi like
  • 12 Noy 10:44  
Digərləri Göyçaydakı “qara nar” hər kəsi təəccübləndirdi

Göyçayda sakinlərdən biri sosial şəbəkədə paylaşdığı videoda qeyri

arrow Ətraflı
"Bitləri ölkəyə Rusiya göndərir" like
  • 12 Noy 10:40  
Dünya "Bitləri ölkəyə Rusiya göndərir"

Taxta bitlərinin artmasının səbəbi Rusiyadır.

arrow Ətraflı
AİB Azərbaycanda KOB inkişafının icmalını təqdim edib like
  • 12 Noy 10:35  
Digərləri AİB Azərbaycanda KOB inkişafının icmalını təqdim edib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda mikro, kiçik və orta biznesin (KOB

arrow Ətraflı
Abşeronda FACİƏ  45 yaşlı kişinin üzərinə mərmər daşı düşdü like
  • 12 Noy 10:27  
Digərləri Abşeronda FACİƏ 45 yaşlı kişinin üzərinə mərmər daşı düşdü

Abşeronda kişinin üzərinə mərmər daşı düşərək ölüb.

arrow Ətraflı
Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi like
  • 12 Noy 10:22  
Digərləri Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradə

arrow Ətraflı
Kamaləddin Qafarov: “Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir” like
  • 12 Noy 10:20  
Digərləri Kamaləddin Qafarov: “Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir”

"1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhur

arrow Ətraflı
Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış...  FOTO like
  • 12 Noy 10:15  
Digərləri Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış... FOTO

Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsində

arrow Ətraflı
Təyyarənin qəzaya uğradığı yerdən yeni görüntülər  VİDEO like
  • 12 Noy 10:10  
Dünya Təyyarənin qəzaya uğradığı yerdən yeni görüntülər VİDEO

Gürcüstanın Siqnaxi rayonunda Türkiyəyə məxsus təyyarə qəzasının ba

arrow Ətraflı
Güclü geomaqnit qasırğası başladı  RƏSMİ XƏBƏRDARLIQ like
  • 12 Noy 10:04  
Digərləri Güclü geomaqnit qasırğası başladı RƏSMİ XƏBƏRDARLIQ

Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yü

arrow Ətraflı
Bakının üç rayonunda qaz kəsiləcək like
  • 12 Noy 10:02  
Digərləri Bakının üç rayonunda qaz kəsiləcək

Bu gün Bakının Yasamal, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilə

arrow Ətraflı
Hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə dəyişiklik edildi like
  • 12 Noy 09:58  
Digərləri Hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə dəyişiklik edildi

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının

arrow Ətraflı