ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib
Digərləri 12 Noy 2025 20:17:00 84 0
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla görüşlərini davam etdirir.
Bu xəbəri də oxu: Dünyada ən populyar Yeni il istirahəti
Son.az xəbər verir ki, Qazax-Tovuz bölgəsi üzrə növbəti regional görüş Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşdən öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Görüşdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, ETİHİ-nin məsul əməkdaşları və 472 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
Çıxış edən Cəmaləddin Quliyev həmkarlar ittifaqlarının sosial-iqtisadi sabitliyin qorunmasında oynadığı mühüm roldan, üzv təşkilatların ictimai fəaliyyətində birliyin və həmrəyliyin əhəmiyyətindən danışıb.
Daha sonra Araz Paşayev çıxış edərək bildirib ki, üzv təşkilatlarla birbaşa dialoqun qurulması və onların fəaliyyətinin dəstəklənməsi ETİHİ-nin əsas prioritetlərindəndir. O, həmkarlar ittifaqlarının sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının qorunması istiqamətində bir il ərzində həyata keçirilmiş layihələr və fəaliyyət planları barədə geniş təqdimatla çıxış edib.
Görüş zamanı üzv təşkilatların fəaliyyəti, yeni təşəbbüslər və gələcək planlar müzakirə olunub, sədrlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bölgələrdə ilk təşkilat sədrləri ilə görüşlərini mərhələli şəkildə davam etdirir.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 148 üzv təşkilatı özündə birləşdirir. Son.az
Alimlər arıqlamağın niyə çətin olduğunu izah ediblər.
Tanınmış meyxanaçı Zarina Buzovnalı maraqlı açıqlaması ilə diqqət ç
Naxçıvanda yanacaqdoldurma məntəqəsinin anbarında baş verən yanğın q
Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quru
Müğənni Nura Suri Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəs
Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin
Evdə təmizlik zamanı istifadə olunan bəzi vasitələr sağlamlığa ciddi z
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı
1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yarada
Sünikdə "Tramp Marşrutu"nun (TRIPP) hissəsinin tikintisi 2026-cı
Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənn
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Muğam
