"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."
Digərləri 15 Dek 2025 19:00:00 75 0
Bəzi vitamin və qida əlavələri dərmanlarla birləşdirilməməlidir.
Bu xəbəri də oxu: Alimentdən yayınan valideynləri nə gözləyir?
Son.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anna Oderiy bildirib. Onun fikrincə bəzi qida əlavələrinin dərmanlarla eyni vaxtda qəbulu terapiyanın təsirini azalda və ciddi əks təsirlərə səbəb ola bilər.
Oderiyin sözlərinə görə vitamin və digər "təbii" əlavələr dərman kimi ciddi nəzarətdən keçmir, bədəndə toplanaraq gözlənilməz qarşılıqlı təsir yarada bilər. Bu səbəbdən pasiyentlər həkimə qəbul etdikləri bütün əlavələr barədə məlumat verməlidir.
Həkimin qeyd etdiyi təhlükəli birləşmələr bunlardır:
Antidepressant dərmanlarla çobanyastığı, 5-HTP və L-triptofanın qəbulu serotonin səviyyəsini yüksəldərək serotonin sindromuna səbəb ola bilər.
Antikoaqulyant dərmanlarla yüksək dozalı vitamin K və ya ginkgo biloba qanaxma və tromboz riskini artırır.
Maqnezium tərkibli əlavələr qan təzyiqi dərmanları ilə birlikdə qəbul edildikdə təzyiqin kəskin düşməsinə, başgicəllənmə və huşsuzluğa səbəb ola bilər.
Tiroid dərmanları (levotiroksin) ilə dəmir və kalsiumun eyni vaxtda qəbulu hormonun mənimsənilməsinə mane olur, müalicənin təsirini azaldır. Biotin isə laboratoriya analizlərini səhv nəticələndirə bilər.
Dəmir, kalsium, maqnezium və sink antibiotiklərin təsirini zəiflədə bilər, xüsusilə ftorxinolonlar və tetrasiklinlərlə.
Antikonvulsant dərmanlarla çobanyastığı qarışdırmaq epileptik tutmalara yol aça bilər.
Oderiy tövsiyə edir ki, bütün əlavələr barədə həkim məlumatlı olsun, dozalar düzgün riayət edilsin və heç bir kombinasiya özbaşına edilməsin.
"Qida əlavələri dərman deyil və müalicənin əvəzinə keçə bilməz. Hər hansı dərman qəbul edirsinizsə, hər əlavə həkimlə razılaşdırılmalıdır," - deyə həkim vurğulayıb.
İsmayıl Son.az
Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən de
Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvan
Şair Nazilə xına mərasimləri ilə bağlı açıqlaması ilə gündəmə gə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının &qu
Zaur Kamalın aparıcılıq etdiyi verilişdə maraqlı anlar yaşanıb.
Biləsuvar rayon sakininin qəsdən öldürülməsi müəyyən olunub.
Bursanın "Ömer Osman Çağlayan" adlı orta məktəbində baş ver
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətl
Xəbər verildiyi kimi Biləsuvar rayonunun İsmətli kəndində qətl hadisəsi
"Azercell" bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haql
Nizami rayonunun Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış b
Nobel laureatı Nərgiz Məhəmmədiyə qarşı iki yeni ittiham irəli sürül
Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının
