Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib


Siyasət 19 Dek 2025 20:39:00 77 0

Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 19-da davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Xatırladılıb ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Manukyan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

D.Manukyan ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlilləri səsləndirib. Belə ki, təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.

O, qondarma rejimin "təhlükəsizlik şurasının iclaslarında" nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib.

D.Manukyan, həmçinin çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.

Təqsirləndirilən Arayik Harutyunyan son sözündə dövlət ittihamını müdafiə edən prokurorların təqdim etdiyi dəlillərlə razılaşmadığını söyləyib.

O, özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Harutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: "Bir-birimizin tədbirində iştirak edirdik".

Təqsirləndirilən şəxs son sözündə məhkəmədə ittiham edildiyi müharibə cinayətlərindən də bəhs edib: "Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar. Söhbət qocalara, qadınlara, uşaqlara, əsir və girovlara qarşı edilən cinayətlərdən gedir".

A.Harutyunyan ittihamları sadalayaraq (cinayətkar birliyə qoşulmaq, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmək, dağıntılar törətmək, muzdlular, minaların basdırılması, təyyarələrin hərəkətinə maneə törədilməsi, qətllər, zorakılıqlar, Gəncənin raket atəşinə tutulması və s.), həmin məsələlərlə bağlı öz arqumentlərini səsləndirib və ittihamları qəbul etmədiyini söyləyib.

Təqsirləndirilən şəxs David Babayan son sözünü rus dilində etmək istədiyini deyib. D.Babayana rus dilində çıxış etmək üçün şərait yaradılıb.

O, dövlət ittihamını müdafiə edən prokurorların və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini ümumi fikirlərlə səsləndirib.

Məhkəmə prosesi dekabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Son.az 

Paşinyan: "Sülh artıq reallığa çevrilib" like
  • 19 Dek 20:27  
Siyasət Paşinyan: "Sülh artıq reallığa çevrilib"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhs

arrow Ətraflı
"Röya mənim balaca bacımdır" like
  • 19 Dek 20:21  
Şou-biznes "Röya mənim balaca bacımdır"

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla barışıqlarından danı

arrow Ətraflı
Türkiyə ərazisinə Rusiya mənşəli PUA düşüb like
  • 19 Dek 20:10  
Dünya Türkiyə ərazisinə Rusiya mənşəli PUA düşüb

Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-

arrow Ətraflı
Şizofreniyanın yaranma səbəbi açıqlandı like
  • 19 Dek 20:00  
Digərləri Şizofreniyanın yaranma səbəbi açıqlandı

Bu hal tibbdə autoimmun şizofreniya kimi tanınır

arrow Ətraflı
Ədliyyə Nazirliyi: "Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb" like
  • 19 Dek 19:53  
Digərləri Ədliyyə Nazirliyi: "Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb"

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəb

arrow Ətraflı
Bu il Azərbaycanın meyvə və tərəvəz ixracı artıb like
  • 19 Dek 19:45  
Digərləri Bu il Azərbaycanın meyvə və tərəvəz ixracı artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 807.4 milyon ABŞ dolları dəy

arrow Ətraflı
Ağakərim kimidr?  Avazı ilə hamını məğlub edən meyxanaçı like
  • 19 Dek 19:31  
Şou-biznes Ağakərim kimidr? Avazı ilə hamını məğlub edən meyxanaçı

Xəbər verdiyimiz kimi meyxanaçı Kərim bu gün vəfat edib.

arrow Ətraflı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı like
  • 19 Dek 19:20  
Digərləri Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

arrow Ətraflı
Bakıda gənc qız 14cü mərtəbədən yıxılıb öldü like
  • 19 Dek 19:13  
Digərləri Bakıda gənc qız 14cü mərtəbədən yıxılıb öldü

Bakıda gənc qız hündürmərtəbəli binadan yıxılıb.

arrow Ətraflı
Anar Əsədli məhkəmədə ifadə verdi like
  • 19 Dek 19:09  
Digərləri Anar Əsədli məhkəmədə ifadə verdi

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi

arrow Ətraflı
Belə məşq heç bir işə yaramır  Mif imiş like
  • 19 Dek 19:00  
Digərləri Belə məşq heç bir işə yaramır Mif imiş

Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirl

arrow Ətraflı
Kamran Əsədovla bağlı qərar verildi like
  • 19 Dek 18:50  
Digərləri Kamran Əsədovla bağlı qərar verildi

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üç

arrow Ətraflı
Həmin 3 azyaşlı xəstəxanaya yerləşdirildi like
  • 19 Dek 18:40  
Digərləri Həmin 3 azyaşlı xəstəxanaya yerləşdirildi

Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zor

arrow Ətraflı