Belə məşq heç bir işə yaramır Mif imiş


Digərləri 19 Dek 2025 19:00:00 83 0

Belə məşq heç bir işə yaramır  Mif imiş

Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirlər elmi baxımdan doğru deyil.

Son.az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Angelina Kazantseva bildirib. Onun sözlərinə görə göz üçün edilən məşqlər görmənin zəifləməsinin əsas səbəblərini aradan qaldıra bilmir.

Həkimin sözlərinə görə, miopiya (yaxıngörmə), hipermetropiya (uzaqgörmə), astiqmatizm kimi problemlər gözün anatomik quruluşu ilə bağlıdır. Bu pozuntular göz almasının uzunluğu, buynuz qişanın və ya büllurun əyriliyi ilə əlaqəlidir. Göz əzələ olmadığı üçün onu məşqlə "formaya salmaq" mümkün deyil. Eyni yanaşma yaşa bağlı presbiopiyaya, yəni yaşlılıq uzaqgörməsinə də aiddir. Bu, büllurun sərtləşməsi ilə gedən təbii prosesdir.

Mütəxəssis qeyd edib ki, göz məşqlərinə həddindən artıq ümid bəsləmək bəzən təhlükəli də ola bilər. Belə ki, insanlar bu üsullara güvənərək həkimə müraciəti gecikdirə, nəticədə vəziyyəti daha da ağırlaşdıra bilərlər.

Kazantseva vurğulayıb ki, göz gimnastikasının əsas rolu müalicə deyil, profilaktika və görmə yorğunluğunun azaldılmasıdır. Uzun müddət ekrana və ya kitaba baxdıqda göz əzələləri gərgin vəziyyətdə qalır. Bu isə gözlərdə quruluq, "qum hissi", baş ağrısı və görmənin müvəqqəti bulanması ilə nəticələnə bilər. Məşqlər qan dövranını yaxşılaşdırmağa, "quru göz" sindromunun qarşısını almağa və akkomodasiya spazmını, yəni yalancı miopiyanı azaltmağa kömək edə bilər.

Həkimin sözlərinə görə, gözlər üçün ən effektiv istirahət üsulu uzağa baxmaqdır. Məsələn, pəncərədən çölə, təbiət mənzərələrinə baxmaq gözləri daha yaxşı rahatladır. Gimnastika isə yalnız köməkçi vasitə sayılmalıdır.

Eyni zamanda, yüksək dərəcəli miopiya, torlu qişanın qopması və ya qlaukoma kimi ciddi problemləri olan şəxslərə göz məşqlərinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

İsmayıl Son.az

Kamran Əsədovla bağlı qərar verildi like
  • 19 Dek 18:50  
Digərləri Kamran Əsədovla bağlı qərar verildi

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üç

arrow Ətraflı
Həmin 3 azyaşlı xəstəxanaya yerləşdirildi like
  • 19 Dek 18:40  
Digərləri Həmin 3 azyaşlı xəstəxanaya yerləşdirildi

Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zor

arrow Ətraflı
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib like
  • 19 Dek 18:19  
Siyasət Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə

arrow Ətraflı
Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı like
  • 19 Dek 18:13  
Digərləri Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi il

arrow Ətraflı
Lamiyyə Rəqsanənin cavabını verdi: "Köməkçin olmamışam, səni efirə çıxardıb tanıtmışam" like
  • 19 Dek 18:00  
Şou-biznes Lamiyyə Rəqsanənin cavabını verdi: "Köməkçin olmamışam, səni efirə çıxardıb tanıtmışam"

Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqq

arrow Ətraflı
Azərbaycanda ov mövsümü açılır like
  • 19 Dek 17:53  
Digərləri Azərbaycanda ov mövsümü açılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə K

arrow Ətraflı
İttiham aktında Kamran Əsədovun adını görəndə təəəcübləndim  Məleykə Abbaszadə like
  • 19 Dek 17:45  
Digərləri İttiham aktında Kamran Əsədovun adını görəndə təəəcübləndim Məleykə Abbaszadə

İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə mə

arrow Ətraflı
Türkiyənin İzmit şəhərinə PUA düşdü  FOTO like
  • 19 Dek 17:44  
Digərləri Türkiyənin İzmit şəhərinə PUA düşdü FOTO

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı d

arrow Ətraflı
"Doğma nənəsi, atası qızıma 1 stəkan su vermədi ki, sənə verəcək suyum yoxdur" like
  • 19 Dek 17:38  
Şou-biznes "Doğma nənəsi, atası qızıma 1 stəkan su vermədi ki, sənə verəcək suyum yoxdur"

Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.

arrow Ətraflı
Axtarış zamanı məşhurların evindən görün nələr çıxdı like
  • 19 Dek 17:23  
Digərləri Axtarış zamanı məşhurların evindən görün nələr çıxdı

İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməli

arrow Ətraflı
"Sırf o müğənniyə mahnımı 100 minə satardım" like
  • 19 Dek 17:15  
Şou-biznes "Sırf o müğənniyə mahnımı 100 minə satardım"

Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib.

arrow Ətraflı
İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi like
  • 19 Dek 17:12  
Digərləri İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi

10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsi

arrow Ətraflı